Icma.az
close
up
RU
İki milyardlıq zərər: Universitet və nazirliklər Bakıdan köçürülür?

İki milyardlıq zərər: Universitet və nazirliklər Bakıdan köçürülür?

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

“Bakı şəhərinə avtomobil nəqliyyat vasitələri idxal edilir. Bunun müqabilində isə köhnələr istismardan çıxarılmır. Beləliklə, ədədi, həndəsi silsilə metodu ilə paytaxtda nəqliyyat vasitələrinin sayı hər il artır”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O bildirib ki, tıxac problemi təkcə Bakıda mövcuddur:

“Biz illərdir ki, bu mövzuda müzakirələr edir, tədqiqatlar aparırıq. Məsələ burasındadır ki, tıxac problemi təkcə Bakıda mövcuddur. Məsələn, ikinci böyük şəhərimiz Sumqayıtda bu yoxdur. Səbəb odur ki, qeyri-təbii urbanizasiyanın təsirləri altında Bakının həddən artıq yüklənir.  pizza

İkincisi, paytaxt ərazisində kifayət qədər taksi xidməti həyata keçirən və regionlardan gələn nəqliyyat vasitələri var. Təsəvvür edin, Bakının daxilində taksi xidmətlərini yerinə yetirən taksilərlə yanaşı, eyni zamanda Azərbaycanın bütün rayonlarından daşınmalar təşkil edən kifayət qədər avtomobillər var. Nəqliyyat axının qarşısını almaq olmaz, bu insanların konstitusion hüququdur. 

Buna görə də onlara hər hansı məhdudiyyət tətbiq etmək mümkün deyil. Bu məsələdə, bir qədər gecikmişik. Yol infrastrukturu ilə bağlı müəyyən kommunikasiyalar qurulub. Məlum olduğu kimi, ölkə başçısının 2030-cu ilədək bu barədə dövlət proqramı işlənib, hazırlanıb. Bura yeni yolların çəkilişi və Bakı ərazisində yeni metro qovşağının tikilməsi, yeni stansiyaların istifadəyə verilməsi daxildir. Biz ümid edək ki, bütün bu layihələr icra olunduqdan sonra, yəni 2030-cu ilədək tıxaclar bir qədər yüngülləşəcək.

İlqar Hüseynli vurğulayıb ki, hazırda köhnə nəqliyyat vasitələri istismardan çıxarılmır:

“Digər tərəfdən, universitetlərlə bağlı təkliflərimiz var. Universitetlərin bir hissəsinin Qarabağın işğaldan azad edilmiş ərazilərinə köçürülməsi ilə bağlı təkliflərimiz aktual olaraq qalmaqdadır. Müəyyən mənada bu kimi addımlar tıxacların qarşısını almağa kömək edə bilər. 

Eyni zamanda, bəzi dövlət orqanlarını, məsələn Kənd Təsərrüfatı Nazirliyini hansısa aqrar regiona köçürmək olar. Bakı şəhərini böyütmək mümkün deyil, paytaxtın hüdudları olduqca konkretdir. Həmçinin regionlarda aqrar sahələrin inkişafı çox əhəmiyyətli bir layihə olardı. Azərbaycanda 90-lardan başlayan daxili miqrasiyanın yenidən geri qayıdışını mümkün etmək olar. Qurulacaq hansısa sənaye müəssisələrinin paytaxt və periferiyası yerinə, rayonlarda inşası insanların həmin ərazilərə kütləvi köçünü təmin edə bilər. 

Fikir verirsinizsə, dayanmadan Bakı şəhərinə avtomobil nəqliyyat vasitələri idxal edilir. Bunun müqabilində isə köhnələr istismardan çıxarılmır. Beləliklə, ədədi, həndəsi silsilə metodu ilə paytaxtda nəqliyyat vasitələrinin sayı hər il artır. Utilizasiya ilə bağlı dövlət proqram hazırladı və çox təəssüflər olsun ki, hələ də köhnə nəqliyyat vasitələrinin utilizasiyası baş vermir. Çünki utilizasiya zamanı köhnə maşınlara çox cüzi məbləğ təklif olunur. Belə olan təqdirdə isə vətəndaşlar bundan imtina edir”.

Qeyd edək ki, rəqəmlərə əsasən, bütün faktorları nəzərə aldıqda, Bakı tıxaclarının Azərbaycan iqtisadiyyatına vurduğu illik zərər 2 milyard manatı ötür. Bu, ölkənin ümumi daxili məhsulunun (ÜDM) təxminən 2,5 faizi deməkdir.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 Sentyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri