İki milyon dollar pulu mənimsəyən kiber dəstənin üzvü həbs edilib
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan İstintaq Komitəsi saxta investisiya platformalarına əsaslanan irimiqyaslı beynəlxalq dələduzluq sxeminin iştirakçısının həbs edildiyini bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. İstintaqın məlumatına görə, həmin şəxs 2021-2023-cü illərdə azı 144 nəfərdən ibarət mütəşəkkil qrupun fəaliyyətində iştirak edib. Cinayət sxemi yüksək gəlirli investisiyalar təklif edən saxta saytların yaradılmasından ibarət olub. Dələduzlar insanları aldadaraq onların köçürdükləri vəsaitləri mənimsəyiblər. Müxtəlif ölkələrdən zərərçəkənlərin ümumi sayı 1 400 nəfəri keçib, ziyanın məbləği isə 810 milyon dramdan (təxminən 2,16 milyon dollar) çox olub. Onun barəsində cinayət işi açılıb. İş materialları ittiham aktı ilə birlikdə artıq prokurora təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 05 Avqust 2025 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















