İki mindən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 24 aprel, AZƏRTAC
AMEA-nın Yer Elmləri Bölməsi üzrə aparılan işlər çərçivəsində Elm və Təhsil Nazirliyi Geologiya İnstitutunun Geoloji fondunda saxlanılan 2000-dən artıq elmi-tədqiqat işi rəqəmsallaşdırılaraq elektron məlumat bazasına yerləşdirilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, rəqəmsallaşdırılan materiallar institutda və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində müxtəlif illərdə aparılmış geoloji, geofiziki və geodinamik tədqiqatları əhatə edir. Bu işlər Yer elmləri sahəsində elmi irsin qorunması, sistemləşdirilməsi və müasir tədqiqatlara inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, elektron baza Yer elmləri sahəsində aparılan elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsinə, beynəlxalq əməkdaşlığın genişlənməsinə və ölkənin geoloji məlumat potensialının daha səmərəli istifadəsinə xidmət edəcək.
Baxış sayı:184
Bu xəbər 24 Aprel 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















