İki mindən çox Teleqram istifadəçisi messencerdə nasazlıq olduğunu bildirdi
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Teleqram messencerində yaranan nasazlıqla bağlı iki mindən çox istifadəçi problemlə qarşılaşdığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Downdetector" platformasında məlumat verilib.
Aprelin 21-i, bazar ertəsi Bakı vaxtı ilə saat 00:45-ə qədər 2182 şikayət qeydə alınıb. İstifadəçilər əsasən vebversiya, mobil tətbiq və bildiriş sistemindəki nasazlıqlardan şikayətləniblər.
Ən çox şikayətlər Samara, Tver, Ulyanovsk, Nijni Novqorod vilayətləri və Tatarıstan Respublikasından daxil olub.
Qeyd edək ki, aprelin 17-də də Teleqram-ın fəaliyyəti ilə bağlı oxşar problemlər yaşanmışdı. O zaman Krım, Nijni Novqorod, Çelyabinsk və Moskva vilayətlərindəki istifadəçilər messencerdən istifadə zamanı çətinliklərlə üzləşmişdilər.
Aytəkin TOFİQQIZI
Baxış sayı:103
Bu xəbər 22 Aprel 2025 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















