İki motosikletçi faciəvi şəkildə öldü Bütün yarışlar ləğv edildi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çexiyada "Alpe Adria International Motorcycle Championship" (AAIMC) seriyası çərçivəsində keçirilən motosiklet yarışında baş verən qəza nəticəsində iki idmançı həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Motosiklet İttifaqının (FIM Europe) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hadisə Brno şəhərində keçirilən yarış zamanı baş verib. Qəza nəticəsində 32 yaşlı avstriyalı Filipp Ştaynmayr və 43 yaşlı rumıniyalı Adrian Rus həlak olub.
Bildirilib ki, Ştaynmayr hadisə yerində dünyasını dəyişib. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan Adrian Rusun isə həyatını xilas etmək mümkün olmayıb.
“FIM Europe”un açıqlamasına görə, faciədən sonra həftəsonuna planlaşdırılan bütün yarışlar ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 12 İyul 2026 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















