İki mövsüm, iki çempionluq “Filadelfiya”dan Cons həmləsi
Icma.az bildirir, Apasport portalına istinadən.
“Filadelfiya” heyətini Dillon Consla gücləndirib.
Apasport.az xəbər verir ki, klub 24 yaşlı basketbolçu ilə uzunmüddətli müqavilə imzalayıb.
196 sm boya malik yüngül hücumçu komandanın təlim-məşq toplanışına qoşulacaq və əsas heyətdə yer almaq uğrunda mübarizə aparacaq.
Maraqlıdır ki, Cons NBA-dakı ilk iki mövsümünün hər ikisini çempionluqla başa vurub. O, əvvəlcə “Oklahoma Siti Tander”, ötən mövsüm isə “Nyu-York Niks”in heyətində çempionluq sevinci yaşayıb.
Cons 2025/2026 mövsümünün müntəzəm çempionatında “Niks”in heyətində cəmi 7 matçda meydana çıxıb. O, orta hesabla 5,6 dəqiqə meydanda qalaraq 1,3 xal və 1 ribaundla yadda qalıb. “Niks”in baş məşqçisi Mayk Braun pley-off zamanı Consla onun “Oklahoma”dakı çempionluq təcrübəsi barədə tez-tez söhbət etdiyini açıqlayıb.
Qeyd edək ki, Dillon Cons 2024-cü il NBA draftında 26-cı sıradan seçilib. “Filadelfiya” isə yayda Ceylen Braun və LeBron Ceymsi də heyətinə qataraq yeni mövsüm öncəsi çempionluğun əsas favoritlərindən birinə çevrilib.
“Neftçi SOCAR” Monqolustan təmsilçisi ilə qarşılaşacaq "Neftçi SOCAR" mövsüm finalının 1/4 finalında "Neftçi SOCAR" mövsümün final mərhələsinə qələbə ilə başlayıb Azərbaycan millisində ayrılıq "Neftçi SOCAR" mövsümü ikinci pillədə başa vurub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 Sentyabr 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















