Icma.az
close
up
RU
İki nəfərin öldüyü partlayışa görə tutulana yüngül cəza verildi

İki nəfərin öldüyü partlayışa görə tutulana yüngül cəza verildi

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhərinin Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada iki nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Rima Ağalarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək Rima Ağalarovanın 3 il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmədə hökm oxunub.

Hökmə əsasən, Rima Ağalarovaya 2 il müddətinə müəyyən vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 5 il müddətinə məntəqə tipli cəza təyin edilib.

Qeyd edək ki, hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış nəticəsində 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölüb. Bir neçə nəfər xəsarət alıb.

Mənzil sahibi Rima Ağalarova cinayət məsuliyyətinə cəlb edilib və ona qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində ilkin istintaq dövrü müddətində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 19 nəfər bina sakini zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslə zərərşəkmişlər arasında barışıq əldə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://lent.az
archiveBu xəbər 28 Yanvar 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see173

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see151

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see126

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see125

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see124

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see122

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see122

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see120

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri