Icma.az
close
up
RU
İki nüvə dövləti üz üzə: Çin və Rusiya Pakistanı dəstəkləyir...

İki nüvə dövləti üz üzə: Çin və Rusiya Pakistanı dəstəkləyir...

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Hindistanla Pakistan arasında artan gərginlik və müharibə ehtimalı hər iki dövlətin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatını çətin vəziyyətə salıb. Təşkilatın digər üzvü Çin müttəfiqi Pakistanı dəstəkləyir. Təsadüfi deyil ki, Kəşmirdəki son olaydan sonra Pakistanın xarici işlər naziri Pekinə gedərək çinli həmkarıyla geniş fikir mübadiləsi aparıb. İslamabad Pekinin dəstəyinə arxayındır".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Hindistan Pakistana qarşı hərbi əməliyyata başlayarsa, Dehli qarşısında Çini də görəcək: "Kreml mövcud gərginlikdə hər hansı tərəfi dəstəkləmir. Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri planlaşdırılsa da, Kreml son vaxtlar İslamabadla da dialoqu genişləndirib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən son sammitində Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb, bundan sonra Rusiyanın baş naziri Mixail Mişustin İslamabada səfər edib. Rusiya Pakistanın nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır".

Politoloq vurğulayıb ki, Dehli Kəşmirdəki terror olayından sonra Pakistana qarşı sanksiyalar tətbiq edib: "Bu səbəbdən Dehli Kremlin İslamabadla dialoqunu davam etdirməsinə mənfi yanaşacaq. Bütün hallarda iki nüvə dövləti olan Hindistan və Pakistan gərginliyin azalması yollarını tapmalıdırlar, əks halda bu həm Şanxay Əməkdaşlıq Təşkilatının nüfuzuna xələl gətirəcək, həm də təşkilata üzv dövlətləri çətin seçim qarşısında qoyacaq ki, onlar bunu istəmirlər".

Nigar,

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Aprel 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see312

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see291

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see240

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see225

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see203

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see182

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see178

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see165

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see161

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see161

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see158

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see154

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see153

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri