Icma.az
close
up
RU
İki nüvə gücü arasında yeni dövlət yaradıla bilər Bakı diqqət etməlidir

İki nüvə gücü arasında yeni dövlət yaradıla bilər Bakı diqqət etməlidir

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Yazı ilk dəfə 30 oktyabr 2024-cü il, saat 16:32-də yayımlanıb

Hindistan dünyanın dil, din, etnik mənsubiyyət baxımından ən rəngarəng ölkələrindəndir. Bilinənin əksinə, bu ölkədə yalnız hindli adlanan xalq yaşamır. Hindistan konstitusiyasına görə, ölkənin 22 rəsmi dövlət dili var. Lakin burada 400-dən çox dil və ləhcə danışılır. Bu da özlüyündə ölkədəki etnik çoxluğu, multikulturallığı göstərir.

Təəssüf ki, Hindistanla bağlı ölkəmizdə bilinməyən detallar var. Bunlardan biri, ən önəmlisi isə Dehlinin “qırmızı xətti” olan Xalistan Hərəkatıdır. Hindistan Azərbaycan kimi multikultural ölkə olmasına baxmayaraq, hakimiyyətdəki radikal millətçi “Bharatiya Canata” (BJP) partiyası və Baş nazir Narendra Modinin sərgilədiyi siyasət ölkədəki fərqli dini inanclı şəxsləri və etnik azlıqları ciddi narahat edir. Daha çox islamofob mövqeyi ilə seçilən Modi son illərdə dünyanın 5-ci ən böyük dini olan siqhizmə inananlara qarşı repressiyalara başlayıb. Vəziyyət o həddə çatıb ki, Modi hökuməti ölkə xaricində də siqhləri təqib edir, sui-qəsdə məruz qoyur. Sonuncu belə hadisə 2023-cü ildə Kanadada baş verdi.

Xalistan Hərəkatı Hindistanda siqhlər üçün müstəqil dövlət yaratmağa çağırır. Bu, separatçı hərəkat kimi görünsə də, əslində beynəlxalq hüquqa tam uyğun, xalqların öz müqəddəratını təyinetmə prinsipi ilə uzlaşan hərəkatdır. Özü də bu hərəkat nəsillərdir davam edir.

Böyük Britaniya Hindistanı tərk edərkən regionda müsəlmanların Pakistan, hindusların Hindistan dövləti yaratmasına icazə verdiyi halda siqhlərə bu imkan tanınmayıb. Siqhlər də məhz buna görə illərdir müstəqillik üçün mübarizə aparır. Hərəkat 1980-ci illərdə Hindistanın Pəncab əyalətində pik həddə çatıb. Lakin Hindistan silahlı qüvvələri həmin vaxt xüsusi əməliyyat keçirərək hərəkata ciddi zərbə vurub. Yüzlərlə şəxs məhz bu səbəbdən Kanada, ABŞ, Böyük Britaniya, Avstraliya kimi ölkələrə köç edib. Əslində Xalistan Hərəkatı da hazırda daha çox ölkə xaricində aparılır.

Sinqh diasporunda olan şəxslər son illərdə müstəqillik çağırışlarını artırıb və referendumla bağlı müraciətlər edir. Modi hökuməti isə siqhlərin bu tələbinə repressiya və sui-qəsdlərlə cavab verir. Siqh lider Hardeep Singh Nijjar 18 iyun 2023-cü ildə Kanadada naməlum şəxslər tərəfindən öldürüldü. Kanada hadisədən dərhal sonra Hindistan hökumətini günahlandıraraq 6 diplomatı deportasiya etdi. Hindistan Xarici İşlər Nazirliyi buna cavab olaraq 6 kanadalı diplomatı ölkədən qovdu. İki ölkə arasında bu istiqamətdə gərginlik hələ də davam edir.

Bu məsələ Azərbaycanın da diqqətində olmalıdır. Məsələ ondadır ki, rəsmi Dehli Ermənistanı regionda silahlandıran, müharibəyə təhrik edən dövlətlərdəndir. Bakı Dehlinin bu fəaliyyətlərinə cavab olaraq Siqh diasporu ilə təmaslar qurmalıdır. Hətta Bakı Təşəbbüs Qrupu daxilində siqhlərlə bağlı xüsusi bölmə yaradıla bilər.

Turan Rzayev
Globalinfo.azın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri