Icma.az
close
up
RU
İki nüvə gücü üz üzə: “Asiya qan gölünə çevrilə bilər”

İki nüvə gücü üz üzə: “Asiya qan gölünə çevrilə bilər”

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Sabiq dövlət müşaviri: “Güman etmirəm ki, iki dövlət arasında münasibətlər nüvə silahından istifadə etmək mərhələsinə gəlib çatacaq”

Hindistanla Pakistan arasında hərbi gərginlik yenidən vüsət alıb. Kəşmirdə nəzarət xəttində Pakistan hərbçiləri Hindistan postlarını atəşə tutub. Hindistan ordusu tərəfindən cavab tədbirləri görülüb. Pakistanın müdafiə naziri Xavaca Asif qeyd edib ki, iki nüvə dövləti arasında toqquşma həmişə narahatlıq doğurur: “Əgər hər hansı səhv olarsa, bu qarşıdurma faciəvi şəkildə bitə bilər”.

Hindistanda baş verən terror nəticəsində dinc insanlar həlak olub. Hindistan hakimiyyəti isə bu terror aktında Pakistanı günahlandırır. İddia olunur ki, terroru həyata keçirən 3 nəfərdən ikisi pakistanlıdır. Nəticədə rəsmi Dehli İslamabada qarşı diplomatik tədbirlərə əl atıb. Pakistan da eyni tədbirləri Hindistana qarşı tətbiq edib. Hindistan Pakistana verilən suyu kəsib. Bu isə tərəflər arasında keçən əsrin 60-cı illərində imzalanan müqavilənin kobud şəkildə pozulması deməkdir. Çünki suyun kəsilməsi Pakistanın kənd təsərrüfatını ağır vəziyyətə sala bilər. Bu cür hallar Hindistanla Pakistan arasında əvvəllər də baş verib.

Tərəflər bir-birinə aviazərbələr endirib. İndiki halda mütəxəssislər daha çox qarşılıqlı aviazərbələr, raket zərbələrinin vurulacağını ehtimal edir. Güman olunur ki, hər iki tərəf vəziyyətin müharibə həddinə çatmaması üçün əlindən gələni edəcək və qarşılıqlı aviazərbələrdən sonra vəziyyətdən çıxış yolları axtarılacaq.

Xatırladaq ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 26 turist həlak olub, 24-ü yaralanıb. Hindistan hadisəyə görə Pakistanı günahlandırıb və ölkənin Yeni Dehlidəki səfirliyinin müdafiə, hərbi-dəniz və hərbi-hava qüvvələri üzrə müşavirlərini “arzuolunmaz şəxs” elan edib. Həmin şəxslər həftə ərzində Hindistanı tərk etməlidirlər.

Bununla yanaşı, Hindistan rəhbərliyi Pakistan vətəndaşlarına viza verilməsinin dərhal dayandırılmasına və aprelin 27-dən başlayaraq daha əvvəl verilən vizaları ləğv etməyə qərar verib. Aprelin 25-də isə Hindistan Hind çayının qarşısını kəsərək Pakistana axını əngəlləyib.

Pakistan isə öz hava məkanını Hindistan təyyarələri üçün bağlayıb. Sərhəddə yerləşən “Vagah” nəzarət-buraxılış məntəqəsini bağlayıb, Hindistanla bütün ticarəti də dayandırıb.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandırıb. Analitik deyib ki, Hindistanla Pakistan arasında qarşıdurma ilk deyil:

- Kəşmir problemi bu iki dövləti zaman-zaman qarşı-qarşıya gətirib. İndiki gərginlik də məhz Kəşmirdə baş verən terror hadisəsi ilə bağlıdır. Hindistan Pakistanı ittiham edir ki, turistlərin atəşə tutulmasının arxasında Pakistan dövləti dayanır. Yəni ittiham birbaşadır və bir dövlət terror aktının hazırlanmasında, təşkilində günahlandırılır. Bu, hərbi əməliyyatların başlaması riskini artırır.

Ümumiyyətlə, dünyanın bütün nöqtələrində bu gün müharibə ocaqları alovlanmaqdadır. Yeni müharibə ocaqları yaranır, dondurulmuş münaqişələrin donu açılır və s. Bu da, hesab edirəm ki, yeni dünya nizamının qurulması ilə bağlıdır. Bu gün bütün regionlarda böyük güclərin savaşlarını müşahidə edirik. Güclər öz təsir zonalarını müəyyənləşdirirlər, dünyanın bölünməsi prosesi gedir. Baş verən qarşıdurmalar, toqquşmalar da məhz bununla bağlıdır. Harada bir münaqişə ocağı varsa, maraqlı qüvvələr onun üzərinə benzin tökməklə məşğuldurlar. İndi dünyada sülh və sabitliyi düşünən yoxdur, indi münaqişələrdən hansısa formada yararlanmağa çalışan mərkəzlər var. Müharibələr isə təəssüf ki, xalqların itirməsi ilə nəticələnir.

- Nəzərə almaq lazımdır ki, Hindistan da, Pakistan da nüvə dövlətləridir. Bu dövlətlərin qarşı-qarşıya gəlməsi, müharibə riskinin hər saat arması dünyaya nə vəd edir?

- Böyük fəlakət vəd edir. Artıq tərəflər bir-birlərinə xəbərdarlıq ediblər və təxribatların qarşısının sərt şəkildə alınacağı bildirilib. Hətta Pakistanın müdafiə naziri iki nüvə dövləti arasında gərginliyin sonunun yaxşı nəticələnməyəcəyini söylədi. Bu, hesab edirəm ki, bir siqnal idi.

Amma güman etmirəm ki, iki dövlət arasında münasibətlər nüvə silahından istifadə etmək mərhələsinə gəlib çatacaq. Hazırda daha çox diplomatik gərginlik, diplomatik savaş müşahidə edilir. Vizaların qarşılıqlı ləğvi, köhnə müqavilələrə xitam verilməsi, insanların deportasiyası və s. Düzdür, silahlardan atəş də açılır. Amma güman etmirəm ki, nüvə silahı işə düşəcək. Çünki buna nüvə dövlətlərinin imkan verəcəyi ağlabatan deyil. Rusiya kimi terrorçu, dünyanı vecinə almayan dövlət belə nüvə silahına əl atmadı, ata bilmədi. Çünki bunun nəticələrinin ağır ola biləcəyini hər kəs anlayır. Bu baxımdan,Ə Hindistan və Pakistan arasında nüvə silahından istifadə istisna edilir. Əks halda, Asiya qan gölünə çevrilə bilər.

Məncə, tərəflər gərginliyi aradan qaldırmaq, münasibətləri bərpa etmək üçün bir masa arxasında əlyəşməlidirlər. Yəqin ki, beynəlxalq təşkilatlar, böyük güclər tərəfindən bu təkliflər veriləcək, çalışmalar həyata keçiriləcək.

- Məlumdur ki, Pakistan Azərbaycana dost dövlətdir. Belə olan halda Bakının proseslərə baxışı necə olmalıdır?

- Əlbəttə, Pakistan bizə dost vəq ardaş ölkədir, strateji tərəfdaşımızdır. Hindistan isə Ermənistana havadarlıq edən, Ermənistanın silahlanmasında müstəsna xidməti olan dövlətdir. Hindistanın Ermənistana isti yanmaşmasının bir səbəbi də məhz Pakistanla Azərbaycan arasındakı inkişaf edən münasibətlərdir, dostluq əlaqələridir.

Əlbəttə, Azərbaycan istəmir ki, dost ölkə, strateji tərəfdaş olan ölkə müharibəyə girsin, qan tökülsün. Rəsmi Bakının bəyanatlarında hər zaman sülh və sabitliyə çağırış var. Azərbaycan tərəfi hər zaman beynəlxalq hüquqdan yana mövqe nümayiş etdirib, ədalətli qərarlarda maraqlı olub. Təbii ki, Azərbaycan Pakistanın maraqlarına dəstək nümayiş etdirib, etdirəcək və İslamabadın haqlı mövqeyi dəstəklənəcək. Bütün hallarda isə biz qanlı qarşıdurmanın, müharibənin olmasından yana deyilik.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://ayna.az
archiveBu xəbər 26 Aprel 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri