Icma.az
close
up
RU
İki od arasında: Paşinyanın ikili siyasəti Ermənistanı hara aparır?

İki od arasında: Paşinyanın ikili siyasəti Ermənistanı hara aparır?

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri -rəsmi sammitinə koronovirusa "yoluxduğunu" bəhanə edərək qatılmadı.  Son vaxtlar Ermənistan tərəfi Rusiyanın dominant olduğu təşkilatların tədbirlərinə qatılmaqdan imtina edir. 

Bu barədə Moderator.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə qeyd edib ki, Paşinyan 2018-ci ildə Sorosun maliyyəsi və bir sıra Qərb dairələrinin bilavasitə dəstəyi ilə Ermənistanda hakimiyyətə gətirilibdir və hakimiyyətə gətirilərkən də onun üzərinə öhdəliklər qoyulub:

 “Üzərinə götürdüyü öhdəliklərə müvafiq olaraq da Paşinyan Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq və həmin öhdəlik götürdüyü dairələrin Ermənistan üzərindən bölgəyə yerləşdirilməsini hədəfləyir deyə, bu gün faktiki olaraq hər iki istiqamətə təzim etmək məcburiyyətində qalıbdır. Məsələ burasındadır ki,  Ermənistan Rusiyanın forpostu olaraq zamanında yaradılıbdır və mövcud olubdur. Rusiyanın kifayət qədər böyük dəstəyi sayəsində bir qondarma dövlət olaraq da mövcudluğunu qoruyub saxlayıb və ərazilərini genişləndirib. Ermənistan Rusiyanın hərbi və iqtisadi təsiri altında olan bir ölkə olaraq qalır. Hazırda Rusiyanın hərbi bazası Ermənistanda yerləşir və son 2-3 ildə burada  rus əsgərlərinin sayı artırılıb. Ermənistanın Türkiyə və İranla sərhədləri də rus hərbçiləri tərəfindən qorunur, eyni zamanda Rusiya hərbi hava qüvvələri burada fəaliyyət göstərir. İqtisadi baxımdan Ermənistan Rusiyadan asılıdır. Rəsmi statistikaya görə, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi iki dəfədən artıq artıb və bu da kifayət qədər böyük dəstəkdir”.

Arzuxan Əlizadə vurğulayıb ki, Rusiyanın dominant təsir dairəsində olan Ermənistan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İttifaqına üzv olmaqla yanaşı, kommunikasiya baxımından da Rusiyadan asılıdır:

“Məsələn, Lars keçid məntəqəsi Ermənistanın Rusiyaya çıxışı üçün əsas əlaqə nöqtəsidir. Bu keçidin Rusiya tərəfindən istənilən vaxt bağlana biləcəyi və hava şəraitinin pisləşməsi fonunda yolun bağlanması ehtimalı Ermənistanın iqtisadi və logistik vəziyyətini çətinləşdirir. Yəni  bütövlükdə Rusiyadan sona qədər  asılı bir vəziyyətdə olan Paşinyan, digər tərəfdən də üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməyə çalışır ki, bu cür erməni sayağı “tülkülüklər” etməklə təşkilatlardan hansısa formada boyun qaçırır. Bununla Qərb ağalarının qarşısında üzərinə götürdüyü öhdəlikləri hansısa formada onlara çatdırmaq istəyir ki, guya Rusiya asıllığından Ermənistanı qoparmaq fikrindədir. Paşinyan yaxın bir neçə il ərzində Rusiya asıllığından çıxa bilməyəcək. Ermənistan  Rusiyanın təsirindən çıxa  belə,  bu, böyük fəlakətlərə gətirib çıxara bilər. Belə olan halda, Ermənistanın  sanksiyalara məruz qalan İranın dəstəyi ilə nəyəsə nail olması mümkün deyil. 

Deputatın sözlərinə görə, bütövlükdə Ermənistanın hazırkı durumu nəinki xoşagələn deyil, hətta acınacaqlıdır və bu vəziyyət davam etməkdədir:

 “Ermənistanın ikili siyasət yürütməsi, müstəqil qərar qəbul edə bilməməsi və fərqli güclərə xidmət göstərməsi ölkənin regional mövcudluğunu sual altına qoyur. Əgər Ermənistan həqiqətən də bölgədə varlığını qorumaq istəyirsə, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, kommunikasiya xətlərini açmalı və Azərbaycanın haqlı tələbləri ilə razılaşmalıdır. Əks halda, Ermənistanın vəziyyəti daha da pisləşəcək. Bunu həm Paşinyan, həm də digər erməni rəsmiləri, eləcə də ölkədə müxtəlif formalarda nüfuzu olan siyasi və ictimai xadimlər dərk etməlidirlər. Ermənistanın gələcəyi yalnız düzgün qərarlar qəbul etməklə və regional əməkdaşlığa üstünlük verməklə təmin edilə bilər”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri