Icma.az
close
up
RU
İki ölkə arasında müharibə BAŞLAYIR: Xalq ayağa qalxdı, Sərhəd bağlanır

İki ölkə arasında müharibə BAŞLAYIR: Xalq ayağa qalxdı, Sərhəd bağlanır

Icma.az, News24 saytına istinadən bildirir.

İsrail və Suriya arasında gərginlik yeni mərhələyə qədəm qoyur. İsrailin baş naziri Benyamin Netanyahu Suriyanın Suveyda bölgəsində yerləşdirilən hərbi qüvvələrin ölkəsi üçün birbaşa təhlükə yaratdığını bəyan edərək, İsrail ordusuna dərhal cavab tədbirləri görməyi əmr edib. O, həmçinin bölgədə yaşayan druz icmasının zərər görməməsi üçün İsrailin qətiyyətli mövqe tutduğunu vurğulayıb.

Bəs həqiqətən də, ciddi bir qarşıdrumanın baş verəcəyi planlaşdırılırmı?

Məsələ ilə bağlı danışan politoloq Zeynal Əmrəliyev News24.az-a bildirib ki, Suveyda əyalətində yaşayan druz qəbiləsi uzun müddətdir Suriya rejiminə qarşı narazılığını ifadə edir və zaman-zaman üsyan qaldırıb. Onun sözlərinə görə, bu üsyançı qruplar İsrail tərəfindən ciddi şəkildə müdafiə olunur:

“Bu qruplaşma Bəşər Əsədin devrilməsindən sonra Suriyada yeni bir dövlətin qurulmasını istəyirdi və İsrail də bu ideyaya müəyyən dəstək verirdi. Lakin bu prosesin davam etdiyi dövrdə, xüsusilə Tramp administrasiyası dövründə, ABŞ regionda prioritet olaraq İsraili deyil, Türkiyəni dəstəkləməyə başladı. Bu da druzların planlarının iflasa uğramasına səbəb oldu. Nəticədə onların səyləri boşa çıxdı”.

Əmrəliyevin sözlərinə görə, hazırkı Suriya hökuməti bu qruplaşmaları nəzarət altına almağa və təsirsiz hala salmağa çalışır. Bu cür tədbirlər isə dövrü olaraq davam etdiriləcək:

“Əsəd rejimi dövründə bir sıra silahlı dəstələr yaradılıb və onlar müxtəlif məqsədlərlə silahlandırılıb. Hələ də həmin qrupların əlində xeyli sayda silah var və bu da hökumət üçün təhlükə mənbəyi olaraq qalır”.

Politoloq əlavə edib ki, druzlar və yəhudilər arasında tarixən sıx əlaqələr mövcuddur. Onun sözlərinə görə, bu münasibətlər siyasi və hərbi əməkdaşlıqlarda da zaman-zaman özünü göstərib:

“Çox qədim dövrlərdən bu yana druzlarla yəhudilər arasında geniş əlaqələr mövcud olub. Bu münasibətlər indi də müxtəlif səviyyələrdə davam edir və bu baxımdan İsrailin Suveydada druzlara qarşı hərbi əməliyyatlara qarşı ehtiyatla yanaşması başa düşüləndir”.

Aqil Qarayev
News24.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyul 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri