İki ölkə böyük təhlükə ilə üzüzədir: Güclü zəlzələ, sunami...
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kolumbiya Universitetinin alimləri tərəfindən aparılan araşdırma Kanadanın cənubundan Kaliforniyanın şimalına qədər uzanan Kaskadiya subduksiya zonasında dörd təhlükəli seqment müəyyən edib.
Sfera.az xəbər verir ki, tədqiqatçılar sualtı xəritəçəkmə üsullarından və qabaqcıl ekolokasiyadan istifadə edərək bu zonanın strukturunu təfərrüatlı şəkildə göstərərək, onun böyük qırılmalarla ayrılmış dörd seqmentdən ibarət olduğunu, əks tərəflərin bir-birinin yanından sahilə perpendikulyar sürüşərək keçdiyini ortaya qoyublar.
Məlumata görə, Kaskadiya subduksiya zonası okean Xuan de Fuka plitəsinin Şimali Amerika plitəsinin altına endiyi ərazidir. Belə zonalar güclü zəlzələlərə və sunamilərə səbəb ola bilən yüksək seysmik aktivliklə xarakterizə olunur.
Kaskadiyanın seqmentasiyası Şimali Amerika plitəsinin kənarını təşkil edən süxurların və çöküntülərin müxtəlifliyi ilə əlaqədardır. Bu müxtəliflik yaxınlaşan okean plitəsinin təzyiq fərqlərinə uyğunlaşmaq üçün əyilməsinə və burulmasına səbəb olur, nəticədə müxtəlif əyilmə bucaqları olan seqmentlər yaranır.
Seysmoloqlar xəbərdarlıq edirlər ki, zəlzələ baş verərsə, ən güclü təkanlar ABŞ və Kanada sərhədində baş verə və burada fəlakət yaşana bilər. Kaskadiyada güclü zəlzələ 1700-cü ildə baş verib və statistika belə hadisələrin təxminən hər 500 ildən bir baş verdiyini göstərir ki, bu da yaxın gələcəkdə təkrarlanma ehtimalını göstərir.
Firuzə Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 14 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















