İki ölkə tarixi ittifaq yaradır! Onlar Putinin sualtı qayıqlarını ovlayacaqlar
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın sanksiyalardan yan keçmək üçün istifadə etdiyi “geyik donanmasına” aid kommersiya tankerlərinin daha əvvəl lövbər ataraq İsveç və Litva arasında kritik sualtı kabelləri kəsdiyi iddia edilirdi.
Turkustan.az xəbər verir ki, bu kabellər Avropanın internet və enerji infrastrukturunun ən həssas hissələri arasındadır.
Rusiya nüvə sualtı qayıqlarının da son aylarda bölgədə aktiv olduğu bildirilir. Bu hadisələr NATO tərəfindən “Qərb infrastrukturu üçün ən aktiv təhlükə” kimi təsnif edilib.
Böyük Britaniya və Norveç artan təhlükələrlə mübarizə aparmaq üçün Baltik dənizində xüsusi hərbi ittifaq yaradıb. Razılaşmaya əsasən, iki ölkə kabelləri qorumaq və Rusiya sualtı qayıqlarının fəaliyyətini izləmək üçün səkkizi Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus 13 gəmi ilə Baltik dənizində daimi patrul xidməti həyata keçirəcək.
İngiltərənin Baş naziri Keir Starmer imzalanan müqaviləni "tarixi" adlandıraraq, "Bu, yeni bir dövrün başlanğıcıdır. Yerdəki hərbi gücümüz birlikdən gəlir" dedi. Starmerin sözlərinə görə, Rusiyanın Avropa sahillərində mövcudluğu 30% artıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 05 Dekabr 2025 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















