İki ölkə Ukraynaya dəstək üçün yeni saziş imzaladı
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fransa və Norveç Ukraynaya müşahidə və vəziyyətdən xəbərdar olma sahələrində, eləcə də aviasiya bombaları ilə bağlı yeni imkanların yaradılmasını nəzərdə tutan saziş imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Norveç hökumətinin rəsmi saytında məlumat dərc olunub.
Norveçin Baş naziri Yonas Qar Störe bildirib ki, Ukrayna işğaldan sonra dördüncü qışını yaşayır və Rusiya hücumları nəticəsində ölkə böyük hərbi, mülki və humanitar ehtiyaclarla üz-üzədir. Onun sözlərinə görə, Norveç və Fransa arasındakı yeni saziş Ukraynanın ehtiyac duyduğu imkanların təmin edilməsində əməkdaşlıq etməyə şərait yaradır.
Bəyanatda vurğulanır ki, saziş Norveç və Fransaya zəruri müdafiə avadanlıqlarının fransız istehsalçılarından alınması və ya Fransanın ehtiyatlarından təmin edilməsi yolu ilə Ukraynaya çatdırılmasında əməkdaşlıq imkanı verir.
İlkin mərhələdə Norveç təxminən 4,2 milyard Norveç kronu (440 milyon dollar) ayıracaq, Fransa isə təxminən 3 milyard Norveç kronu (300 milyon dollar) məbləğində kreditə zəmanət verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 13 Fevral 2026 08:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















