İki ölkədə qadağandır, Türkiyə hazırlaşır Bu il Azərbaycanda da ola bilər
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Türkiyədə 15 yaşadək olan vətəndaşların sosial şəbəkələrə və oyun platformalarına girişi qadağan ediləcək. Oxşar addım Fransada da atılıb. Hər iki ölkədə bunun 2026-cı ildə reallaşması gözlənilir. Bu məsələ bir müddətdir Azərbaycanda da müzakirə edilirdi.
2026-cı ildə bizi də qadağa gözləyə bilərmi? Ümumiyyətlə, buna ehtiyac varmı?
Globalinfo.az-a danışan deputat Razi Nurullayev bu cür məhdudiyyətlərin açıq tərəfdarı olduğunu deyib.
“Bu gün Türkiyə, Fransa və Avstraliya eyni qərara gəlirsə, deməli, problem lokal yox, qlobal xarakter daşıyır. Bu ölkələr bir həqiqəti qəbul etdilər: 15-16 yaşadək uşaqlar sosial şəbəkələrin və oyun platformalarının psixoloji, emosional və davranış baxımından ağır təsirlərinə hazır deyil. Burada söhbət telefonu uşağın əlindən almaqdan getmir. Söhbət asılılıqdan, aqressiyadan, erkən yaşda psixoloji travmalardan, diqqət dağınıqlığından və real həyatdan qopmadan gedir. Sosial şəbəkələr bu yaşda uşaq üçün əyləncə yox, risk mənbəyidir. Valideyn nəzarəti isə çox vaxt kağız üzərində qalır, çünki rəqəmsal alqoritmlər valideyndən daha güclüdür”.
Razi Nurullayev
Deputatın fikrincə, Azərbaycan cəmiyyəti haqlı olaraq narahatdır:
“Hesab edirəm ki, 2026-cı ildə oxşar məhdudiyyətlərin tətbiqi həm mümkündür, həm də zəruridir. Amma bu addım qadağa adı ilə cəza mexanizminə çevrilməməlidir. Paralel olaraq maarifləndirmə, valideyn məsuliyyəti və uşaqlar üçün sağlam alternativlər yaradılmalıdır. Sonda çox sadə bir suala cavab verək: biz uşaqları erkən yaşda virtual dünyanın sərt və amansız qaydalarına təslim edək, yoxsa onları qoruyub, mərhələli şəkildə həyata hazırlayaq? Azərbaycanda bu qərar qəbul olunacaqsa, o azadlığa qarşı yox, gələcəyin müdafiəsinə yönəlmiş olacaq”.
Sosioloq Mail Yaqub isə bildirib ki, məsələ çox vacibdir və ciddi şəkildə düşünülməlidir:
“Əvvəlcə prosedurun necə işləyəcəyi aydın olmalıdır. Bu qadağalar necə tətbiq olunacaq və kim tərəfindən nəzarət ediləcək? Valideynlər evdə bu nəzarəti həyata keçirə biləcəkmi? Qadağanın tətbiqi zəruridir. Çünki uşaqlar və yeniyetmələr bəzi sosial şəbəkələrdən və saytlardan çox zərərli şəkildə istifadə edirlər. Bu, onların beyin inkişafına təsir edir və gələcək həyatlarında ciddi travmalara səbəb ola bilər. Buna görə də sosial şəbəkələrə nəzarət mexanizmi mütləq olmalıdır”.
Mail Yaqub
Sosioloqun sözlərinə görə, xüsusilə 15 yaşına qədər uşaqların sosial şəbəkələrdə fəaliyyətinə nəzarət vacibdir:
“Bu məsələ Azərbaycanda da aktuallıq kəsb edir və müxtəlif vaxtlarda mütəxəssislər tərəfindən də vurğulanıb. Sosial şəbəkələrdə, xüsusilə “TikTok” kimi platformalarda bəzən istifadəçilər insanların psixologiyasına mənfi təsir göstərir və onların düşüncə tərzini pozurlar. Buna görə də ciddi və davamlı nəzarət mexanizmi qurulması olduqca önəmlidir”.
Qeyd edək ki, hazırda qanunla sosial mediaya giriş həddi ilə bağlı sərt qadağa və ya minimum yaş tələbi tətbiq edən ölkələrin sayı təxminən ikidir: Avstraliya və Danimarka. Digər ölkələrdə isə oxşar məhdudiyyətlər hələ layihə və ya valideyn razılığına əsaslanan sistem formasındadır.
Zaira Akifqızı
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 05 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















