Icma.az
close
up
RU
İki övladı da xəstə olan ana: Günlərlə evə çörək belə ala bilmirəm

İki övladı da xəstə olan ana: Günlərlə evə çörək belə ala bilmirəm

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yusif və Dünyamin Hüseynovların yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.

O bildirib ki, övladlarının müalicəyə ehtiyacı var:

"Bir il öncə torpağımı sataraq Yusifi İrana müalicəyə apardım. Həkim orada Yusifin başına maye yığıldığını və təcili əməliyyata ehtiyacı olduğunu dedi. Biz ötən ilin oktyabr ayında yenidən İrana gedərək onun əməliyyatını etdirdik. Hazırda həkimlər Yusifin başına yenidən maye yığıldığını deyirlər. Bu, Yusifin görməsinə də ciddi əngəl törədir. Artıq iki aya yaxındır sizin saytın izləyicilərinin dəstəyi ilə onun gözünə görə olan müalicələrini edə bilirik. Dünyaminin uzun müddət idi ayaqları tutulur, yaddaşı itirdi. Müalicələrini etdiyimiz zaman bu problem, demək olar ki, tamamilə itmişdi. Bir neçə gün əvvəl mən Yusifi Bakıya yenidən müalicəyə gətirdim. Dünyaminin dərsdə halı pisləşib, yenə yıxılıb. Onu təcili həkimə apardıq. Həkim müalicələri yenidən etməli olduğumuzu dedi".

Günel Əsgərova övladlarına təkbaşına baxdığını deyib:

"Mənim Yusifdən əlavə iki övladım da var. Onların atası illər əvvəl bizdən ayrılıb, özünə yeni həyat qurub. Övladları ilə maraqlanmır, heç bir dəstəyi də yoxdur. Özüm ikinci qrup əliləm, bir qolum işləmir. Buna görə də iş tapıb işləyə bilmirəm. Elə vaxt olur ki, günlərlə çörək ala bilmirəm evə. Apteklərdən borca dərman alıb onları sağaltmağa çalışıram. Üzümü xalqıma tutub onlardan balalarıma dəstək olmalarını xahiş edirəm. İnanın, elə çıxılmaz vəziyyətdəyəm ki, ağlımı tamamilə itirmişəm".

Ailə ilə əlaqə: (051) 819-60-21.

"Kapital Bank": 4169 7388 3782 1028.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Aprel 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri