İki oyuna 6:0 Zirə növbəti mərhələdə
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başa çatıb.
Modern.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib.
Hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Müdafiəçi Amin Seydiyev 39-cu dəqiqədə ikinci dəfə meydan sahiblərini cəzalandırıb. Matçda son nöqtəni 70-ci dəqiqədə dubla imza atan Eren Aydın qoyub.
“Qartallar” iki oyunun nəticəsinə əsasən rəqibini 6:0 hesabı ilə üstələyib.
Rəşad Sadıqovun komandası ikinci raundda “Payde” (Estoniya) kollektivi ilə üz-üzə gələcək.
Baxış sayı:157
Bu xəbər 16 İyul 2026 22:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















