İki qanuna dəyişiklik təklif olunur
19 dekabr 2023-cü il tarixdə qəbul edilmiş “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədilə “Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi təklif olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Belə ki, dövlət ehtiyatlarının yaradılması, istifadə edilməsi və bərpası qaydası “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləndiyi üçün layihədə bu ifadənin "Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” Qanundan çıxarılması təklif olunur.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna təklif edilən dəyişiklik isə “Dövlət ehtiyatları haqqında” Qanunda istifadə olunan anlayışlara uyğunlaşdırılması zərurətindən irəli gəlir.
Nuranə Daxilqızı