Icma.az
close
up
RU
“İki qoçun başı bir qazanda” gözlər Moskvada

“İki qoçun başı bir qazanda” gözlər Moskvada

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Putin-Pezeşkian görüşü və sazişi bölgədə yeni vəziyyət yarada bilər; politoloq: “Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da ciddi xarakter almasına səbəb olacaq”

Rusiya və İran prezidentləri bu gün- yanvarın 17-də danışıqlar aparacaq. Görüş zamanı Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişin imzalanması nəzərdə tutulub. Rəsmi məlumatlardan belə aydın olur ki, yeni sənəd 2001-ci ildə imzalanan sazişi əvəz edəcək və Qərblə daha da kəskinləşən münaqişə kontekstində Moskva ilə Tehran arasında münasibətlərin səviyyəsini yüksəldəcək.

Saziş 47 maddədən ibarətdir və ikitərəfli əməkdaşlığın bütün sahələrini əhatə edir. Onu da xatırladaq ki, Azərbaycanın hər iki ölkə ilə münasibətlərində son aylarda müəyyən gərginlik yaranıb. Bu mənada Tehran-Moskva strateji tərəfdaşlığı Azərbaycan üçün də müəyyən risklər yarada bilər.

Rusiya və İranın son vaxtlar Azərbaycanla münasibətlərinin soyuqlaşması fonunda imzalanacaq sənəd daha çox diqqət çəkir. Belə bir durumda regiondakı vəziyyət də diqqətdən kənarda qala bilməz. Üstəlik, Ermənistanın qabağa düşərək ABŞ-la strateji tərəfdaşlıq haqqında xartiya imzalamasından sonraya təsadüf edəcək Tehran-Moskva yaxınlaşması İrəvan üçün də hansısa sürprizlər vəd edə bilər. ABŞ-la imzalanan sazişdən sonra Kremldən Ermənistana xəbərdarlıq edilməsi, İrəvanın isə Rusiya dövlət televiziyasındakı reportaja görə Moskvaya nota verməsi də maraqlı gedişatdır. Amma bizi daha çox ölkəmizin milli maraqları maraqlandırır. Bu mənada hesab olunur ki, Azərbaycan və Türkiyə qarşıdakı dönəmdə hansı addımlar atmalı olacaq. Şuşa Bəyannaməsindən irəli gələn qərarların qəbulu da müzakirə mövzusudur.

Fakt budur ki, Rusiya artıq Cənubi Qafqazda yeganə dominant və həlledici amil də deyil, Türkiyə də buradadır. Azərbaycan da Türkiyənin hərbi strateji müttəfiqidir. Rusiya-İran əməkdaşlığı həm də Türkiyə-Azərbaycan müttəfiqliyinin yaxınlaşmasını bir qədər də gücləndirəcək. İran-Rusiya əməkdaşlığı daha çox qlobal güclərə, yeni geosiyasi vəziyyətin yaranmasına qarşı atılan zəruri addımlardır. Bu barədə ekspertlər “Yeni Müsavat”a maraqlı fikirlərini açıqladılar.

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan ötən dövrdə həm İranla, həm də Rusiya ilə əlaqələrinin inkişafı üçün davamlı olaraq səylər göstərdi: “Ancaq təəssüflə qeyd etmək lazımdır, bu səylər nə İran, nə də Rusiya tərəfindən düzgün dəyərləndirildi. İran davamlı olaraq ölkəmizə qarşı təxribat törətmək yolunu seçdi. Üzdə bir, altda başqa siyasət həyata keçirdi. Hətta bütün qırmızı xətləri keçərək səfirliyimizin əməkdaşı qətlə yetirildi. Münasibətlər nisbətən normallaşandan sonra yeni bir təxribat törətdi. Həm Azərbaycana, həm də Türkiyəyə qarşı düşmən münasibətini bir daha ortaya qoydu. Artıq ictimaiyyətdə də belə fikirlər daha da qətiləşir ki, İran düzələn deyil”.

C.Məmmədov bildirdi ki, Azərbaycanı üçüncü qüvvələri regiona gətirməkdə günahlandıran İran bu gün Ermənistan-Avropa İttifaqı əməkdaşlığına, Ermənistanın Amerika ilə müttəfiqliyini gücləndirməsinə çox loyal yanaşır. Bu da öz növbəsində birmənalı qarşılana bilməz: “Rusiyaya gəldikdə, son təyyarə hadisəsi göstərdi ki, Moskva da Azərbaycana qarşı ədalətli mövqe nümayiş etdirmir. Bu günə kimi də Rusiya Azərbaycan təyyarəsinin vurulması məsələsində səmimi deyil və hələ də günahkarlar cəzalandırılmayıb. Heç şübhəsiz ki, bu da cəmiyyətdə böyük hiddətlə qarşılanır”. Millət vəkili qeyd etdi ki, Rusiya Azərbaycanla münasibətlərini qarşılıqlı hörmət əsasında qurmalıdır, Azərbaycana qarşı belə mövqe sərgiləməməlidir: “Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiya ilə münasibətlərdə hər zaman səmimi olub. Rusiya bu məsələni və amili nəzərə almalıdır”. Azərbaycan nə etməlidir sualına gəldikdə, C.Məmmədov bildirdi ki, biz Türkiyə və Orta Asiya respublikaları ilə əməkdaşlığımızı daha da gücləndirməli və möhkəmləndirməliyik: “Prezident İlham Əliyevin rəhbərliyi ilə əslində ötən müddətdə bu istiqamətdə böyük məsafə qət edə bilmişik. Eyni zamanda Amerika Birləşmiş Ştatları ilə müttəfiqliyin qurulması istiqamətində addımlar atmalıyıq. Proseslərin təhlili onu söyləməyə əsas verir ki, Tramp administrasiyası da bu əməkdaşlıq və müttəfiqlikdə maraqlı olacaq. Burada Türkiyə faktoru da mühüm rol oynayır və gələcəkdə də rol oynamaqda davam edəcək”.

Qafar Çaxmaqlı

Politoloq, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı isə hesab edir ki, Rusiya ilə İran tale ortaqlarıdır və onların strateji tərəfdaşlıq sazişini yeniləməsi təbii qəbul edilməlidir: “Amma zaman baxımından bu sazişin indi imzalanması və o sənədə yeni maddələrin əlavə edilməsi dünyada gedən proseslərin heç də bu, iki ölkənin xeyrinə dəyişməməsinin işarəsidir. Şübhəsiz ki, bu, Azərbaycan-Türkiyə əməkdaşlığının daha da ciddi xarakter almasına səbəb olacaqdır. Bu kontekstdə Ermənistanın bölgədə oynadığı rol da diqqətə alınacaq. Ermənistanın belə həssas məqamda Bayden hakimiyyətinin əvəzlənməsini gözləmədən, tələsik ABŞ-la strateji əməkdaşlıq müqaviləsi imzalaması, bu ölkənin suveren haqqı olsa da, Rusiya baş nazirinin müavinin ifadəsi ilə desək, "Titanik gəmisinə bilet almasıdır". Zənnimcə, nə İran, nə də Rusiya Ermənistanın bu siyasi “gedişini” həzm edəcək. Açıq görünür ki, Ermənistan Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması və İrana qarşı aparılan siyasətdə ABŞ-ın əlaltısına çevrilmək istəyir, guya ki, bu yolla ölkəsinin təhlükəsizliyinə qarantiya əldə etmiş olur. Amma bölgə siyasətinə uzun müddətdən bəri yön verən əsas siyasi aktyor Türkiyəni nəzərə almır. Türkiyə geosiyasi vəziyyətin onun əleyhinə olası bütün addımlara adekvat reaksiya verəcək və qarşıya qoyulan hədəfə doğru bir addım yaxınlaşma şansını əldə edəcək. Aydın məsələdir ki, Türk dünyasını birləşdirəcək enerji koridorunun açılması yolunda maneələr aradan qaldırılacaq".

Q.Çaxmaqlının sözlərinə görə, Zəngəzur məsələsində İranın “qırmızı çizgi”si artıq pozulmağa başlayıb və Ermənistan-İran münasibətlərinin gərginləşəcəyi fonunda proseslərin bizim xeyrimizə dəyişəcəyi ehtimalları güclənir. 10 noyabr 2020-ci bəyannaməsinin 9-cu maddəsini yerinə yetirməməkdə israr edən Ermənistana ABŞ hansı dəstəyi verə bilər? Q.Çaxmaqlı: “Orta dəhlizin işlək vəziyyətə gətirilməsinə maraqlı olan ABŞ çətin ki, Ermənistanın provokasiyalarına uysun. Əksinə, Ermənistanın ABŞ-la bu müqaviləsi rəsmi İrəvanı konstruktiv sahəyə gətirməklə bağlı rol oynayacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 Yanvar 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri