Icma.az
close
up
RU
İki qonşu ölkədən gözlənilməz qərar Azərbaycanda narahatlıq başladı

İki qonşu ölkədən gözlənilməz qərar Azərbaycanda narahatlıq başladı

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ətin qiymətində kəskin artımın gözlənildiyini bildirib. Onun sözlərinə görə, Qazaxıstan və Qırğızıstan son günlərdə diri heyvan ixracını dayandırıb və digər ölkələrin də oxşar addım atması ehtimal olunur. Vahid Məhərrəmlinin fikrincə, hazırda Azərbaycanda heyvanların baş sayı kritik həddə enib. Bu səbəbdən diri heyvan idxalının azalması yaxın vaxtlarda ölkədə ciddi ət qıtlığına səbəb ola bilər.

Sitat: ”Bu vəziyyət qiymət artımına gətirib çıxaracaq. Yaxın aylarda sümüklü mal ətinin kiloqramı 20 manatı keçəcək. Təəssüf ki, naşı idarəçilik ölkəni aclığa doğru aparır”.

Qeyd edək ki, artıq marketlərdə ətin 1 kiloqramı 19 manata təklif olunur.

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ətin qiymətinin artması uzun müddətdir davam edən bir prosesdir.

Onun sözlərinə görə, hazırda biz Qazaxıstan və Qırğızıstandan ət idxal etmirik:

“Əsas ət aldığımız ölkələr Gürcüstan və Rusiyadır. Həm diri mal, həm də kəsilmiş ətin idxal edildiyi bu ölkələrdəki qiymət dəyişiklikləri Azərbaycandakı bazara da birbaşa təsir göstərir. Əslində Azərbaycanın ət istehsalında böyük potensialı var.

Natiq Cəfərli

Ölkəmiz təkcə daxili tələbatı ödəməklə kifayətlənməyib, eyni zamanda ət ixracatçısına çevrilə bilər və bu sahədən ciddi gəlirlər – dividendlər əldə etmək mümkündür. Təəssüf ki, hazırda bu imkanlardan tam istifadə olunmur. Mövcud vəziyyətin səbəbləri araşdırılmalı və dəqiq müəyyənləşdirilməlidir”.

Natiq Cəfərlinin dediklərinə görə, heyvandarlığın inkişafı üçün xüsusi bir dövlət proqramı qəbul olunmalıdır:

“Mövcud potensialdan səmərəli istifadə üçün şərait də mövcuddur. İşğaldan azad edilmiş torpaqlarımız bu sahə üçün olduqca əlverişlidir və bir çox region və rayonlarda heyvandarlığın inkişafı üçün geniş imkanlar var. Beynəlxalq tendensiyaları da nəzərə almaq lazımdır. Dünyada ət məhsullarının qiymətində artım müşahidə olunur. Azərbaycan isə bu vəziyyəti strateji fürsətə çevirə bilər. Beləliklə, həm daxili bazarın təminatı, həm də qonşu ölkələrin tələbatının ödənilməsi yolu ilə əlavə gəlir əldə etmək mümkündür”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri