Icma.az
close
up
RU
İki saat sükan arxasında: Dünyanın ən uzun körpüsü harada yerləşir?

İki saat sükan arxasında: Dünyanın ən uzun körpüsü harada yerləşir?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın ən uzun körpüsünün uzunluğu 102 mil (təxminən 164 km) təşkil edir və onu keçmək iki saat vaxt aparır. Bu mühəndislik möcüzəsi Çində yerləşir.

Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, Böyük Danian-Kunşan körpüsü ölkənin iki ən böyük şəhərini birləşdirən dəmir yolu viadukudur. Şanxay və Nankin arasında salınmış körpü Pekin–Şanxay yüksək sürətli dəmir yolu marşrutunun populyar hissəsində yerləşir.

Onun tikintisinə 2006-cı ildə başlanılıb və proses 5 il davam edib. Layihənin dəyəri 8,5 milyard dollar olub.


"Ölkənin simvolik memarlıq nümunələrindən biri olmaqla yanaşı, körpü altında çoxlu çaylar və düyü sahələrinin yerləşdiyi ərazini qorumaq məqsədi ilə inşa edilib. Məşhur körpünün marşrutunun böyük hissəsi Çinin Yantszi çayı boyunca uzanır", deyə nəşr bildirir.

Böyük Danian-Kunşan körpüsü çayın təbii qıvrımlarını təkrarlayacaq şəkildə inşa edilib, buna görə onun forması kifayət qədər qeyri-adi görünür. Yolun bir qədər artıq 5 mili (8 km) Yançen gölünün üzərindən keçir.

Bu körpünün tikintisindən əvvəl sərnişinlər Ninbo ilə Cxiasin arasında qatarla dörd yarım saat səyahət edirdilər. İndi isə bu məsafəni qatarlar iki saata qət edir. Pekinlə Şanxay arasındakı 1000 kilometrlik məsafə təxminən 4 saat 48 dəqiqəyə keçilir.

Çin sərt hava hadisələrindən sığortalanmayıb, buna görə tikinti zamanı mütəxəssislər qabaqlayıcı tədbirlər görüblər. Körpü ən yüksək antiseysmik standartlara uyğun inşa olunub və tam zəlzələ davamlılığına malikdir. Həmçinin hər gün onun altından keçən gəmilərlə toqquşmaya da tab gətirə bilir.

"Regionun məhsuldarlığını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, yeni nəqliyyat əlaqəsi özünəməxsus bir ikonaya çevrilib. 'Böyük Danýan-Kunşan körpüsü' rekord quruluş statusuna sahib olduğu üçün çoxsaylı turistlər onu görməyə çalışır", deyə müəlliflər əlavə edir.


Digər məşhur Çin körpüsü

Sentyabr ayında Çində dünyanın ən hündür körpüsü kimi təqdim olunan yeni körpü istifadəyə verilib. Onun tikintisi üç il davam edib və layihəyə 300 milyon dollardan çox vəsait sərf olunub. Huaçzyan körpüsü Quyçjou vilayətindəki Böyük kanyonu keçərək uzanır. O, San-Fransiskodakı məşhur Qızıl qapılar körpüsündən xeyli hündürdür.

Bu keçid Quyçjou vilayətinin iki rayonunu birləşdirir. Əvvəllər sürücülər kanyonu keçmək üçün təxminən iki saat vaxt sərf edirdilərsə, indi onu cəmi iki dəqiqəyə keçmək mümkündür.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 21:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri