İki şəhərdə modul tipli xəstəxanalar tikiləcək
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cəbrayıl və Qubadlı şəhərlərinin inzibati ərazisində yerləşən dövlət mülkiyyətində olan ərazilərdə modul tipli xəstəxanalar tikiləcək.
Bu barədə Publika.az-a dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Bildirilib ki, sözügedən xəstəxanaların qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması xidmətlərinə başlanılır.
Məlumata görə, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs hazırlıqları yekunlaşdırıb. Qurum xəstəxanaların qurulması ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması işlərini “Storm Building” MMC-yə həvalə edib və onunla dəyəri 217,4 min manat olan müqavilə bağlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 26 Dekabr 2024 04:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















