İki turun sıfırları
futbolpress-az saytına istinadən Icma.az xəbər verir.
Misli Premyer Liqasında VIII tur başa çatıb.
Autsayder “Araz-Naxçıvan” hələ də qələbəyə həsrətdir. Yuri Maksimovun təyinatından sonra iki oyun keçirən naxçıvanlılar meydanı xalsız tərk etdi.
6 tur Cavid Hüseynova şans verən rəhbərlik uğursuz nəticələrə dözmədi, onu istefaya göndərdi. Halbuki mütəxəssis ayrılığından bir gün öncə ümid dolusu danışmış, toparlanacaqlarını bildirmişdi.
“Araz-Naxçıvan”ın özünəməxsus klassikası var. Nəticə mütləqdir, 5 tur, 6 tur.. olmadı, məşqçi ilə yollar ayrıldı. Artıq bir neçə mövsümdür, bu situasiya davam edir.
İndi isə hədəfdə Maksimov var. Mütəxəssisin iki turda komandaya ciddi toxunuşu hiss olunmur. Eyni heyət, eyni oyun. Bəlkə də, Hüseynovun vaxtında komanda daha çox qol epizodu yaradardı, nəinki indi. Ukraynalı gedişatı dəyişə bilməzsə, aqibəti sələfi kimi olacaq.
Çempionatda uğursuz debüt edənlərdən digəri isə “Qəbələ”nin baş məşqçisi Yeton Bekiridir. Kaxaber Sxadadzenin ayrılığından sonra posta təyinat alan mütəxəssis situasiyanı lehinə çevirə bilmir. “Qəbələ” onun başçılığı altında 2 oyunda 8 qol buraxıb. Halbuki, Sxadadzenin komandası 3 turda cəmi 3 qola üzülmüşdü.
Bekirinin təyinatı təəccüb doğurdu. Postu buna qədər böyük futbolu olmayan ölkələrdə çalışan mütəxəssisə postu həvalə etmək biraz da riskli seçim idi. İki tura baxsaq, komandanın nə oyun nizamı dəyişib, nə üslubu.
Növbəti turda məhz “Araz-Naxçıvan” ilə “Qəbələ” Şamaxıda üz-üzə gələcək. Maksimovla Bekirinin dueli kimin seriyanı qıra biləcəyi baxımından da maraq doğurur.
Şahin Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Oktyabr 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















