Icma.az
close
up
RU
İki universitet bitirib çoban oldu: “Bu işi gənclərə tövsiyə edirəm”

İki universitet bitirib çoban oldu: “Bu işi gənclərə tövsiyə edirəm”

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aydının Efeler rayonunda yaşayan Çağlar Öztürkler, qızına təzə süd içirtmək üçün aldığı bir keçi sayəsində özünü çobanlıq peşəsinin içində tapdı.

Türkiyədə adətən savadsız insanların məşğul olduğu və günü-gündən azalan  çobanlığı, Aydında 2 universitet və doktorantura təhsili olan Çağlar Öztürklerin peşəsinə çevrilib.


Sherg.az xəbər verir ki, təxminən iki il əvvəl qızına daha sağlam süd vermək məqsədilə bir ana keçi aldığını deyən Öztürkler belə danışıb:

“Aydanlıyam və bu işi artıq 2 ildir sevərək görürəm. Əvvəlcə hobbi kimi başladıq, sonra işlər böyüdü. Hazırda 62 heyvanım var. Əvvəlcə bir ana keçi almışdıq. O bala verdi, sonra digər keçilər də doğmağa başladı. Bu iş xoşumuza gəldi, bir qədər də kənardan keçi aldıq. Sayları artdı. Bu il 30-dan çox bala doğuldu.”


Ənənəvi çobanlardan fərqli olaraq işi qulağında sırğa və şort geyimi ilə görən Çağlar Öztürkler deyir:


“İki universitet bitirmişəm. Qida texnikiyəm, sonra biznes idarəçiliyi üzrə oxudum və magistraturanı oxudum. ‘Səni çobanlıq eləsin deyəmi oxutduq?’ deyənlər oldu. Ən başda anam qarşı çıxdı: ‘Sən kənddə böyüməmisən, bu sənə yaraşmaz’ dedi. Ailəmizdə kəndçi yoxdur, nə ata, nə ana tərəfindən. Amma həyat yoldaşım həmişə arxamda durdu. İndiki işimi sevərək görürəm.”


Öztürkler deyir ki, bu işə maraq göstərən gənclər heyvanları sevməlidir:


“Bu işi gənclərə tövsiyə edirəm, amma çox romantik düşünməsinlər. Əgər heyvanlara sevginiz varsa, bu sahədə işləməyə dəyər. Hazırda ölkədə heyvandarlıq çətin dövrdən keçir. Dövlətin dəstəyini gözləyirik. Bu iş müəyyən səviyyəyə çatandan sonra qazanc gətirir. Heyvandarlıq da bir sahibkarlıq kimidir. Əvvəlcə müəyyən sayda ana heyvana çatmaq və bir qədər sərmayə lazımdır. Mən bu işə uşağım və içimdəki heyvan sevgisi sayəsində başladım.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 May 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri