Icma.az
close
up
RU
İki uşaq anasının müəmmalı ölümü İntihar, yoxsa qətl?

İki uşaq anasının müəmmalı ölümü İntihar, yoxsa qətl?

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində intihar etdiyi bildirilən qadının qəsdən öldürüldüyü iddia edilir.

Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat verib.

İlkin məlumatlara görə, 35 yaşlı Minurə Mustafayeva 6 gün əvvəl gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. Lakin qadının qohumları bu versiya ilə razılaşmır. Onların sözlərinə görə, ailədaxili ciddi problemi olmayan və psixoloji vəziyyəti normal görünən iki uşaq anasının qəfil intiharı inandırıcı deyil. Yaxınları Minurənin əri Bayandur Bədəlovdan şübhələndiklərini dilə gətirirlər.

Mərhumun qohumu Razim Əmiraslanlı deyib ki, qadının boynunda ip izləri olmayıb: “Yalnız bir tərəfdə qaraltılar vardı. Ən şübhəlisi isə ərinin dedikləridir. Bayandur deyir ki, Minurə özünü həyətdəki ağacdan asıb və bunu ilk görən özü olub. Daha sonra uşaqları görməsin deyə meyiti ipdən açıb evə gətirib. Həmin gecə Minurənin bacısı da onlarda olub. O da oyananda meyit otaqda olub. Hələ ki, tibbi ekspertiza rəyi açıqlanmayıb. Buna baxmayaraq, Minurənin əri tərəfindən boğularaq öldürüldüyünü düşünürük”.

Qohumlar hadisənin intihar, yoxsa qətl olduğunu dəqiq müəyyən edilməsi üçün Baş Prokurorluqdan məsələnin nəzarətə götürülməsini xahiş edirlər.

Səslənən iddialarla bağlı Baş Prokurorluğa sorğu göndərdik. Qurumun Mətbuat xidmətindən saytımıza bildirildi ki, sözügedən hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma başlayıb. Hazırkı mərhələdə ilkin dəlil və sübutlar təhlil edilir. İddialar təsdiqini taparsa, qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Sail Ağasəlim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see214

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see195

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see159

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see149

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see134

Gəncədə qəza olub, xəsarət alanlar var

30 Avqust 2025 22:30see133

Trampın bu dediyi Modini əsəbiləşdirib

30 Avqust 2025 19:45see132

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see131

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see130

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see128

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see125

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see117

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see117

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see117

ABŞ Ukraynaya bu təyyarələri cəlb etmək istəyir

30 Avqust 2025 21:29see116

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri