Icma.az
close
up
RU
İki xalqın xidmətində 105 ildən sonra Sadıq bəy Ağabəyzadə Vətənə qayıdır

İki xalqın xidmətində 105 ildən sonra Sadıq bəy Ağabəyzadə Vətənə qayıdır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Polşa Elmlər Akademiyasının Krakov filialında general-mayor, nazir müavini, şərqşünas-alim Məhəmməd Sadıq bəy Ağabəyzadənin anadan olmasının 160 illiyinə həsr olunmuş konfrans-beynəlxalq elmi seminar keçirilib.

Beynəlxalq konfrans Polşadakı Azərbaycan səfirliyi, Polşa Elmlər Akademiyasının Krakov filialı, Varşava Dövlət Universiteti və Krakovun Yagellon Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

Sadıq bəy (bəzi sənədlərdə Sadiqpaşa, Məhəmməd Sadıq bəy) Ağabəyzadə (Ağabəyov) 1865-ci ildə Bakı quberniyasının Göyçay qəzasında anadan olmuşdur, əslən Salyanın məşhur Ağabəylilər nəslindəndir. Sadıq bəy böyük maarifçi Əli bəy Hüseynzadənin  əmisi oğlu, Əli bəyin ən yaxın dostu və silahdaşlarından biri olmuşdur.

Çar ordusunda general-mayor rütbəsinə yüksəlmiş Sadıq bəy Azərbaycan Xalq Cümhuriyyəti illərində daxili işlər nazirinin müavini vəzifəsində işləmişdir. AXC-nin süqutundan sonra Türkiyədə, Fransada ağır mühacir həyatı yaşamağa məhkum edilmiş Sadıq bəy 1927-ci ildən ömrünün sonuna qədər Jan Kazimir adına Lvov Universitetində dosent vəzifəsində işləmiş, türk, ərəb, fars dillərini tədris etmişdir. Ölümündən sonra M.S.Ağabəyzadə professor adına layiq görülmüşdür.

Beynəlxalq elmi seminara Polşanın və Azərbaycanın tarixçi və dilçi alimləri, Beynəlxalq Türk Akademiyasının nümayəndələri dəvət olunmuşdular.

Konfrans salonu bayramsayağı bəzədilmiş, girişə Sadıq bəyin böyük şəkli vurulmuş, konfrans iştirakçılarına proqram və nəfis şəkildə hazırlanmış “Sadıq bəy” adlı albomlar paylanmışdır.

Beynəlxalq konfransın iştirakçılarını əvvəlcə Polşa Elmlər Akademiyasının Krakov filialının sədr müavini Eva Siemenik Qotaş salamladı.

Polşa Elmlər Akademiyasının və Polşa İncəsənət Akademiyasının arxivlər üzrə direktoru Adam Korçyinski Beynəlxalq konfransı açıq elan etdi.

Söz Azərbaycan Respublikasının Polşa Respublikasındakı səlahiyyətli və fövqəladə səfiri Nərgiz Qurbanovaya verildi. Nərgiz xanım əsl Azərbaycan qadınlarına xas olan təmkinlə, səmimiyyətlə çıxış etdi, Azərbaycan və polyak xalqlarının dostluğundan danışdı, bugünkü elmi seminarın dostluğumuzun bariz nümunəsi olduğunu söylədi. Nərgiz xanımın ingilis dilindəki mənalı və sərbəst çıxışı alqışlarla qarşılandı.

Açılışdan sonra əsas çıxışı Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Türk Akademiyasının  prezidentı Şahin Mustafayev etdi.

Akademik Ş.Mustafayev Sadıq bəy Ağabəyzadənın 1904-cü ildə Aşqabadda çap olunmuş “Türkmən dilinin qrammatikası...” dərsliyinin “Türk Akademiyası” seriyası ilə yenidən, nəfis şəkildə, yüksək keyfiyyətlə nəşr olunduğunu bildirdi (Bakı, “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsi, 2025-ci il. 136 s.).

Akademik Şahin Mustafayev qiymətli dərsliyin siqnal nüsxəsini Polşa Elmlər Akademiyasının Krakov filialının rəhbərliyinə hədiyyə etdi (Yeri gəlmışkən, Sadıq bəy Ağabəyzadənin 1904-cü ildə Aşqabadda çap olunmuş “Türkmən dilinin qrammatikası...” kitabını Rusiya Dövlət Kitabxanasından Mingəçevir Dövlət Universitetinin dosenti N.R.Manafov (kseroks edərək) gətirmişdir).

121 ildən sonra Polşa Elmlər Akademiyasının Krakov filialında   Sadıq bəy Ağabəyzadənin “Türkmən dilinin qrammatikası...” kitabının təqdimatı qürurverici və yaddaqalan oldu.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev Azərbaycan Xalq Cümhuriyyəti banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin əsərini və  türkçülüyün atası Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından bəhs edən “Əli bəy Hüseynzadə” (müəllifi Azər Turan) kitabını da Polşa Dövlət Universitetinin Krakov filialına hədiyyə etdi. Hər iki kitab “Türk Akademiyası” seriyası ilə nəfis şəkildə hazırlanmışdır.

Krakovun Yagellon Universitetinin professoru Eva Qotaş azərbaycanlı Sadıq bəyin Jan Kazimir adına Lvov Universitetindəki pedaqoji fəaliyyətindən danışdı (o vaxtlar Lvov şəhəri Polşanın tərkibidə idi).  Eva xanım Polşada Sadıq bəyin ən yaxşı tədqiqatçısı sayılır.

Azərbaycan Milli Elmlər Akademiyasının “Elmi irs” şöbəsinin müdiri, filologiya elmləri doktoru Zemfira Hacıyeva  Məhəmməd Sadıq bəyin həyat və yaradıcılığı barədə ətraflı danışdı.

AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, Əməkdar elm xadimi Solmaz Rüstəmova (Tohidi) Sadıq bəyin əmisi oğlu Əli bəy Hüseynzadəyə yazdığı məktublar barədə maraqlı məlumatlar verdi, Sadıq bəyin məktublarda yaşanan həyatı ilə elmi-seminar iştirakçılarını tanış etdi.

Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov Məhəmməd Sadıq bəy Ağabəyzadənin Azərbaycan Xalq Cümhuriyyəti dövründəki daxili işlər nazirinin müavini vəzifəsində yorulmaz fəaliyyətindən danışdı.

Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti Şəhla Kazımova Azərbaycan dilçiliyinin inkişafını, türkologiyadakı yüksək mövqeyini qeyd etdi.

Azərbaycan Milli Elmlər Akademiyası Elmi irs şöbəsinin müdiri Zemfira Hacıyeva ilə Polşa Elmlər və İncəsənət Akademiyası Elmi arxivlərinin direktoru Adam Korçyinski arasında Sadıq bəy Ağabəyzadənin elmi irsinin qarşılıqlı mübadiləsi məqsədilə müqavilə imzalandı.

Sadıq bəy Ağabəyzadə ilə bağlı Polşada toplanmış qiymətli sənədlərin böyük bir hissəsi Zemfira xanıma təqdim olundu: Necə deyərlər, 105 ildən sonra Sadıq bəy Ağabəyzadə Vətənə qayıdır.

Elə həmin gün (29 may 2025, saat 14.00) Polşa Elmlər Akademiyasının Krakov filialının ikinci korpusunda Sadıq bəy Ağabəyzadəyə həsr olunmuş sərginin açılış mərasimi keçirildi.

“Sadıq bəy (1865-1944). İki xalqın xidmətində” adlı sərgini giriş sözü ilə Polşa Elmlər Akademiyasının və Polşa İncəsənət Akademiyasının arxivlər üzrə direktoru Adam Korçyinski açdı, Məhəmməd Sadiq bəy Ağabəyzadənin həyatından, onun Polşadakı pedaqoji fəaliyyətindən danışdı.

A.Korçyinski qeyd etdi ki, sərgidə Sadıq bəyin həyatını əks etdirən 60 eksponat toplanıb. Buradakı arxiv materialları Polşa Elmlər Akademiyasından, Polşa İncəsənət Akademiyasından, Yagellon Universitetinin kitabxanasından, Lvov Universitetindən və Azərbaycan Respublikasının Dövlət Arxivindən əldə edilmişdir. Direktor onu da əlavə etdi ki, “Sadıq bəy (1865-1944). İki xalqın xidmətində” adlı  sərgi sentyabr ayının 20-nə kimi davam edəcəkdir.

Sərginin açılış lenti kəsildi.

Sadıq bəyin həyatını əks etdirən qiymətli eksponatlarla tanış oluruq. Bu eksponatlar Azərbaycan dilçiləri və tarixçiləri üçün qiymətli məlumatlar verir.

Axırda qonaqlar - Azərbaycan Respublikasının Polşadakı səlahiyyətli və fövqəladə səfiri Nərgiz Qurbanova, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, AMEA-nın professoru, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidi, AMEA Elmi irs şöbəsinin rəhbəri, professor Zenfira Hacıyeva, Mingəçevir Dövlət Universitetinin dosenti Namaz Manafov muzeyin xatirə kitabına öz ürək sözlərini yazdılar.

Namaz Manafov, tehsiljurnali.az

Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see635

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see155

Azərbaycanda reklama görə 4 blogerdən ŞİKAYƏT EDİLDİ RƏSMİ

24 İyul 2025 10:47see146

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see142

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see141

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see140

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see138

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see135

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see134

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see131

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see129

“Sumqayıt” fransalı müdafiəçi transfer etdi

24 İyul 2025 06:24see129

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see127

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see126

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see121

14 kiloqram arıqlayan Yeşilçam ulduzu tanınmaz halda

24 İyul 2025 10:59see120

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see120

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see119

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see118

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri