İki xarici təyyarə Heydər Əliyev Hava Limanına məcburi eniş edib
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçuş həyata keçirən hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib.
Aeroportdan verilən məlumata görə, Airbus A350 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 00:54-də uğurla eniş edib. Dərhal sonra sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib və o, şəhər klinikalarından birinə yerləşdirilib.
Hava gəmisi saat 02:59-da uçuşunu təyinat məntəqəsinə davam etdirib.
Bununla yanaşı, “Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı, təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.
Boeing 747 tipli hava gəmisi Bakı aeroportuna yerli vaxtla saat 08:32-də təhlükəsiz şəkildə eniş edib.
Bütün tədbirlər müəyyən edilmiş prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 23 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















