İki yaşlı Asim güclü yanıq xəsarətləri alıb: Müalicəyə ehtiyacı var
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
İki yaşlı Asimin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aynur Əzizova məlumat verib.
O bildirib ki, övladı evdə oynayarkən ağır yanıq xəsarətləri alıb:
"Asimin iki yaşı var. Aprelin 14-də evdə qaçarkən stola dəydi, masanın üzərindəki çaydan onun üzərinə aşdı. Həmin gün onu xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduqlarını deyib:
"Biz İmişli rayonunda yaşayırıq. İnanın, özümüzü güclə dolandırırıq. Ötən ay yardımsevər şəxslərin dəstəyi ilə Asimin müalicəsinin bir hissəsini etdirə bildik. Hazırda nə dərman, nə mazlarını ala bilirik. Müalicəni davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Övladımı belə əziyyətli ağrılar içində qoymayın, sizə yalvarıram".
Ailə ilə əlaqə: (099) 757-59-50
"Kapital Bank": 4169 7388 3852 4779.
Baxış sayı:72
Bu xəbər 16 Yanvar 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















