Icma.az
close
up
RU
İki yol var : Zelenski Ukraynada sülhlə bağlı nikbinliyini itirir NYT

İki yol var : Zelenski Ukraynada sülhlə bağlı nikbinliyini itirir NYT

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna, ABŞ və Avropa arasında davam edən məsləhətləşmələr fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə sülh danışıqlarının perspektivlərinə dair qiymətləndirmələri xeyli ehtiyatlı olub. 

Qaynarinfo xəbər verir ki, "The New York Times”ın yazdığına görə, Kiyev Moskvanın hər hansı razılaşmadan imtina edəcəyi senarisinə getdikdə daha çox hazırlaşır.

Cəmi bir neçə gün əvvəl Zelenski sülh sazişinin "90% hazır" olduğunu bildirsə də, indi o, tərəqqinin faktiki olaraq dayandığını və Rusiyanın mövqeyinin qeyri-müəyyən qaldığını qeyd edir.

"Mən bəlkə işə yarayacaq deyə ümid edərək daha yarım il gözləmək istəmirəm və gözləməyəcəyəm. İki yol var: birincisi — müharibənin dayandırılması, ikincisi — Rusiyanın mənfi addımlarına hazırlaşmaq", — deyə Zelenski Kiyevdə jurnalistlərə bildirib.

Prezident vurğulayıb ki, Ukrayna eyni zamanda həm danışıqlar aparır, həm də müharibənin davamına hazırlaşır, çünki Moskva artıq Ukraynanın təkliflərinin bir hissəsini rədd edib.

Bu fonda bu gün, 6 yanvar çərşənbə axşamı Parisdə Avropa liderlərinin sammiti keçirilməlidir. Görüş mümkün atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə həsr olunub. Lakin ABŞ Dövlət katibi Marko Rubionun digər beynəlxalq böhranlar səbəbindən görüşdə iştirakını ləğv etməsi müşahidəçilər tərəfindən danışıqlar prosesini çətinləşdirə biləcək amil kimi qiymətləndirilir.

Zelenski əsas məsələlərin hələ də həll olunmamış qaldığını etiraf edib:

•Ərazi güzəştləri;

•İşğal olunmuş Zaporojye AES üzərində nəzarət;

•Müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin formatı.

Ukrayna NATO-nun 5-ci maddəsinə bənzər zəmanətlərdə israr edir və mümkün sülhməramlı missiyada Fransa və Böyük Britaniyanın mütləq iştirakını tələb edir. Rusiya isə Ukraynada istənilən NATO qoşunlarının mövcudluğuna qəti şəkildə qarşı çıxır və şərqdə hücum əməliyyatlarını davam etdirir ki, bu da Kiyevin danışıqlar mövqeyini zəiflədir.

Buna baxmayaraq, Zelenski ABŞ-ın rəhbərliyi altında aparılan danışıqlara alternativ olmadığını vurğulayıb:

"Artıq çox iş görülüb və biz insanların əməyinə, vaxtına hörmət etməliyik, çünki Ukraynada hər dəqiqə insanlar əzab çəkir. Məhz buna görə də hesab edirəm ki, alternativ yoxdur".

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 Yanvar 2026 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri