Icma.az
close
up
RU
İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ da səfərdə olublar

İkili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvləri ABŞ da səfərdə olublar

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 22 may, AZƏRTAC

ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvləri ABŞ-da səfərdə olublar.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Səfər ADA Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti (GWU) arasında mövcud əməkdaşlığın qiymətləndirilməsi, qarşıdakı illər üçün tələbə qəbulu və təbliğat fəaliyyətlərinin müzakirəsi, müəllim heyətinin inkişafı və yeni akademik təşəbbüslərin nəzərdən keçirilməsi məqsədi daşıyıb.

Nümayəndə heyətinin üzvləri ADA Universitetinin prorektorları Elkin Nurməmmədov və Günay Ziyadova, İnformasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Abzatdin Adamov, Elm və Təhsil Nazirliyinin müşaviri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovadan ibarət olub.

Səfər çərçivəsində nümayəndələr GWU-nun Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak da daxil olmaqla tərəfdaş universitetin akademik heyəti ilə bir sıra görüşlər keçiriblər. Tərəflər birgə proqramların hazırkı vəziyyəti, tədris keyfiyyəti və davamlılığı, eləcə də tələbə qəbulu və akademik heyətin potensialının gücləndirilməsi istiqamətində planları müzakirə ediblər.

Həmçinin Rəhbər Komitə üzvləri Azərbaycanın ABŞ-dakı səfirliyində səfir Xəzər İbrahimlə görüşüblər. Görüşdə universitetlərarası əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat layihələri, innovasiya və bilik mübadiləsini inkişaf etdirəcək mümkün istiqamətlər və mexanizmlər müzakirə olunub.

Rəhbər Komitə üzvləri, eyni zamanda, GWU-da təhsil alan ADA tələbələri ilə görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dakı akademik və sosial təcrübələrini dinləyiblər.

Səfər nümayəndə heyətinin GWU-da keçirilən Məzun günündə iştirakı ilə yekunlaşıb.

Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramının tələbələrinin də məzun olduğu mərasimdə dekan Abzatdin Adamov GWU-nun müəllim heyəti ilə birlikdə səhnədə yer alaraq tələbələri təbrik edib.

Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019–2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən bu proqramlara qəbul edilən 100-dən çox tələbədən 83-ü artıq təhsil müddətini tamamlayaraq məzun olub. Bu proqramlar vasitəsilə formalaşan uğurlu təcrübəyə əsaslanaraq ADA Universiteti müəllim heyətinin inkişafı üçün GWU ilə əməkdaşlıq çərçivəsində ilk doktorantura proqramına da start verib. Sözügedən proqram üzrə tələbə qəbulu 2025-ci ildən həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri