İkinci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti uzadılıb
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 aprel, AZƏRTAC
9-cu ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı çərçivəsində mayın 13-17-də Bakıda baş tutacaq 2-ci ANİMAFİLM beynəlxalq pitçinq müsabiqəsinə qeydiyyat müddəti aprelin 15-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Animasiya Assosiasiyasından məlumat verilib.
Bildirilib ki, müsabiqənin məqsədi inkişaf, pre-prodakşn və ya istehsal mərhələsində olan yerli və xarici animasiya layihələrini dəstəkləməkdir.
Müüsabiqəyə Azərbaycandan və dünyanın bütün ölkələrindən layihələr qəbul olunur. Layihənin ən azı 50 faizi animasiyadan ibarət olmalıdır. Həmçinin müsabiqəyə qısametrajlı filmlər, tammetrajlı filmlər və seriallar formatında layihələr qəbul olunur. Animasiya texnikaları və mövzular üzrə heç bir məhdudiyyət yoxdur. Sənədlər Azərbaycan və ya ingilis dilində təqdim olunmalıdır.
Qaliblər peşəkar pitçinq münsiflər heyəti tərəfindən seçiləcək və 9-cu ANIMAFILM Beynəlxalq Animasiya Festivalı zamanı elan olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 07 Aprel 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















