Icma.az
close
up
RU
“İkinci çörək” bahalaşdı Kartof qıtlığı niyə yaranıb?

“İkinci çörək” bahalaşdı Kartof qıtlığı niyə yaranıb?

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Xəbər verdiyimiz kimi, ölkədə “ikinci çörək” sayılan kartofun qiyməti artıb. Son bir həftədir ki, bazarlarda kartof alıcılara 1,20 - 1,50 təqdim olunur. Qiymət artımına səbəb kimi bazarda yerli məhsulun az olması və idxalın azalması göstərilir.

Son bir neçə ildə kartofun əkin sahəsi 75 mindən 25 min hektara düşüb. Ölkədə kartof əkin sahələrinin azalması da kartofun qiymətinə təsir edir. Çünki istehsal azalanda qiymətlər qalxır. Məhsul az istehsal ediləndə bu, avtomatik qiymətlərə təsir edir.


Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Bakupost.az -a deyib ki, istehsal olunan məhsul tələbatı ödəmədiyi üçün qıtlıq yaranır və bu da qiymət artımına səbəb olur: “Yerli istehsal əhalinin tələbatını ödəmir. Biz də həmin məhsulu xaricdən idxal edirik. Həmin ölkələrdə məhsulun topdan satışına təsir edən amillər sırasında qiymət artımı, logistika qiymətlərinin artmasını göstərə bilərik. Bu, məhsulun ölkəmizdə qiymət artımına səbəb olan faktlar arasındadır”.



Ekspertin söylədiyinə görə, 2005-ci ildən bu yana Azərbaycanda kartof istehsalı azalıb. Ən çox 2005-ci ildə istehsal olunmuşdu. Əhalinin sayının kəskin artmasına baxmayaraq, bu müddət ərzində kartof istehsalını o səviyyəyə çatdıra bilməmişik. Son bir neçə ildə kartofun əkin sahəsi isə azalır. Çünki kartofu saxlamaq üçün Azərbaycanda soyuducu anbarlar yoxdur ki, məhsullar orada bir müddət saxlanılsın və sonradan mərhələ üzrə bazara çıxarılsın.

Ekspertin dediyinə görə, kartof toxumu kimi istifadə edilən material əslində, toxum deyil, adi ərzaq üçün nəzərdə tutulmuş kartof yumrularıdır: "Ərzaq üçün nəzərdə tutulan kartof yumrularından toxum kimi istifadə etmək məhsuldarlığa təsir göstərir. Bu halda məhsuldarlıq arta, məhsulun keyfiyyəti yaxşılaşa və bu sahə inkişaf edə bilməz. Ölkəyə gətirilən gübrələrin keyfiyyəti də aşağıdır. Kəndlilərimiz buna görə yaxşı nəticə əldə edə bilmirlər. Kartof elementlərə tələbatı olan bitkidir, xüsusilə kaliuma tələbatı çoxdur. Təəssüflər olsun ki, bu sahədə də idxal monopoliyası mövcuddur. Monopolistlər imkan vermir ki, azad sahibkarlar digər ölkələrdən kartof gətirib, nisbətən ucuz qiymətə bazara təklif etsinlər. Bütün bu səbəblər ölkəmizdə kartofun qiymətini yüksəldir".


İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, yerli istehsal müxtəlif mövsümlərdə yetişir. Həmin mövsümlərdə də istehsal olunan kartofun bir hissəsi ixrac edilir. Bu da ilin müəyyən dövründə kartof çatışmazlığına səbəb olur: “Bu il kənd təsərrüfatı məhsullarının məhsuldarlığı çox aşağı düşüb. Ona görə də bu il əvvəlki illərdən fərqli olaraq, bazarda kartof qıtlığı müşahidə olunur”.


Ekspertin sözlərinə görə, idxalçılar süni şəkildə kartof idxalını azaldaraq qiymətlərin bahalaşmasına şərait yaradırlar. Onlar çox kartof gətirib az qazanmaqdansa, az kartof gətirib çox qazanmağı üstün tutur: “Digər tərəfdən də idxalçılar ehtiyat edir ki, böyük həcmdə kartofu ölkəyə gətirəcəklər, ardıyca da yeni kartof çıxacaq. Onların gətirdikləri kartofun qiyməti düşəcək və ziyana gedəcəklər. Yaza doğru getdiyinə görə sahibkarlar idxala həssas yanaşırlar. Ona görə də kartofun qiyməti bahalaşır”.

İqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki, kartofun qiymətinin qalxması mövsümi amillərlə bağlıdır: “Qış ayları ilə əlaqədar yerli məhsulun becərilməsi həyata keçirilmir, ancaq ehtiyatda olan məhsulların satılır. Bu da qiymətlərə təsir edir. Digər tərəfdən, hesab edirəm ki, bəzi hallarda mağazalarda qiymət süni olaraq artırlır. Əgər biz müşahidə etsək, bazarlarda belə kəskin qiymət artımı olmur”.

Ekspertin dediyinə görə, əsasən də yerli məhsulun qiymətindəki artım onun keyfiyyətinin daha yaxşı olması ilə əlaqədardır: “Ölkəyə Belarusdan, Gürcüstan və İrandan idxal olunan kartoflar bəzən daha ucuz satılır. Lakin hesab edirəm ki, onların keyfiyyəti yerli kartof qədər deyil. Buna görə də yerli məhsul daha baha qiymətə alıcılara təklif olunur”.



Sevinc

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:267
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri