Icma.az
close
up
RU
İkinci əl mağazalarında satılan paltarlar təhlükə mənbəyidir Virus keçə bilər

İkinci əl mağazalarında satılan paltarlar təhlükə mənbəyidir Virus keçə bilər

Icma.az, Azpost saytına istinadən bildirir.

“İkinci əl” malların satıldığı “sekund-hənd” mağazalarından alınan paltarlar qızıl stafilokok, salmonella, bağrsaq çöpü, norovirus və rotavirus kimi bir çox yoluxucu patogenləri saxlaya bilər.

Azpost.info bildirir ki, bu barədə Leicester Universitetinin klinik mikrobiologiya üzrə baş müəllimi Primrouz Fristoun “The Conversation” nəşrinə bildirib.

Alimin sözlərinə görə, insanlar getdikcə planetin resurslarına qənaət etmək üçün “ikinci əl” paltar almağı düşünürlər. Bununla belə, bu cür məhsullar bir çox patogen mikrobların daşıyıcısına çevrilə bilər. Çünki bu mikroblar düzgün təmizlənməsə parça üzərində qalır.

Alim qeyd edib ki, geyimdə müxtəlif yoluxucu patogenlər, o cümlədən bakteriyalar (qızıl stafilokok, salmonella və bağırsaq çöpü) və mikoz və göbələklər yaşaya bilər. Fristoun qeyd edib ki, Pakistanda bir bazarda satılan ikinci əl paltarların mikrobioma tədqiqatı dəri və qan infeksiyalarına səbəb ola bilən Bacillus subtilis və qızıl stafilokok olduğunu təsdiqləyib. Dermatit və ya qaşınma kimi dəri xəstəliklərinə səbəb ola bilən parazitlər də aşkar edilib.

Mütəxəssis izah edib ki, insan dərisində mövcud olan mikroblar tər, piy, dəri hüceyrə zülallarında olan amin turşuları ilə qidalanaraq paltarda yaşaya bilir. Bu vəziyyətdə, patogen mikroorqanizmlər sahibinin dəyişdirilməsindən sonra bir neçə aya qədər parça üzərində qala bilər. Mikroblar polyester materiallarda, xüsusən də yüksək rütubət şəraitində 200 günə qədər yaşaya bilir.

Mikroblarla əlaqəli riskləri minimuma endirmək üçün istifadə edilmiş paltarları düzgün təmizləmək vacibdir. Təxminən 60 ° C temperaturda yuyucu vasitə ilə yuyulması tövsiyə olunur. Bu, yalnız kirləri təmizləməyə deyil, həm də patogen mikroorqanizmləri məhv etməyə kömək edəcək.

Mütəxəssislər, həmçinin çarpaz çirklənmənin qarşısını almaq üçün işlənmiş paltarları adi paltarlardan ayrı yumağı məsləhət görürlər. Bütün mikrobların məhv olmasını təmin etmək üçün məhsullar bir neçə saat ərzində antibakterial toz ilə məhlulda saxlanıla bilər.

Azpost.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://azpost.info
archiveBu xəbər 15 Noyabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri