İkinci körpəsini də öldürüb meyitini şkafda gizlədən ana həbs olundu
Icma.az, Lent az saytına istinadən bildirir.
Yaponiyanın Fukuoka prefekturasında iki yenidoğulmuş oğlunu öldürməkdə şübhəli bilinən 29 yaşlı qadın saxlanılıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisələr bir ildən çox fasilə ilə evdə baş verən doğuşlardan sonra qeydə alınıb.
İstintaqın versiyasına əsasən, qadın 2025-ci ilin iyununda dünyaya gətirdiyi oğlunu boğaraq öldürüb və meyitini şkafda gizlədib. Sonra cəsədi kanala atıb. Körpənin qalıqları suvarma kanalında bir işçi tərəfindən tapılıb.
İkinci hadisə 2026-cı ilin iyulunda baş verib. Qadın evdə doğduğu digər oğlunu da öldürərək meyitini paltara büküb şkafda gizlədib.
Dindirilmə zamanı qadın birinci hadisənin əsas təfərrüatlarını və ikinci uşağı öldürdüyünü etiraf edib. Lakin doğuşdan sonra özünü pis hiss etdiyi üçün sonrakı bəzi hadisələri xatırlamadığını bildirib.
Ona qətl və meyitləri gizlətmə ittihamları irəli sürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Oktyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















