Icma.az
close
up
RU
İkinci mərhələnin üç cütü müəyyənləşdi

İkinci mərhələnin üç cütü müəyyənləşdi

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

MHL-də 1/8 final, yəni konfrans 1/4 finalları davam edir.
"Football-plus.az" xəbər verir ki, artıq növbəti mərhələnin bəzi cütləri də məlumdu. Aprelin 30-da “Nyu-Cersi”ni növbəti dəfə məğlub edən “Karolina” seriyanı 4:1 öndə bitirdi. Ertəsi bu komandanın rəqibi də müəyyənləşdi. “Vaşinqton” da “Monreal”ı eyni hesabla məğlub etdi. Paytaxt klubu Stenli kubokunu qazandığı 2018-ci ildən bəri ilk dəfə pley-offun 2-ci mərhələsinə vəsiqə qazandı. “Kepitalz” bu müddətdə 5 dəfə çıxışını pley-offun ilk mərhələsində başa vurub, 2022/23 mövsümündə, ümumiyyətlə, pley-offa çıxmayıb. Beləliklə, Beləliklə, Şərq konfransında ilk yarımfinal cütünü “Karolina” ilə “Vaşinqton” təşkil etdi. Digər yarımfinalda isə “Florida” ilə “Toronto” münasibətləri aydınlaşdıracaq.
“Minnesota”nın qolkiperi Mark-Andre Fleri bir başqa göstəricidə rekord müəyyənləşdirdi. 40 yaşlı kanadalı komandasının “Veqas”a uduzduğu (2:3 ОТ) oyunda meydana çıxmağa məcbur oldu. Belə ki, “Minnesota”nın əsas qapıçısı Filip Qustavsson xəstəlik üzündən 3-cü periodda əvəzlənməli oldu. Fleri karyerası ərzində 18-ci mövsümdə Stenli kubokunun oyununa çıxdı. O, 17 pley-off mövsümündə qapıda dayanan Martin Brodo ilə Patrik Ruanı arxada qoymaqla qapıçılar arasında MHL rekordçusu oldu. Kanadalı ulduzun bu mövsümün ardından karyerasını bitirəcəyini də xatırladaq.
Bu arada “Vankuver”in düşərgəsindən gözlənilən xəbər gəlib. Klub rəsmi saytı vasitəsi ilə Rik Tokketin baş məşqçi vəzifəsindən göndərildiyini açıqlayıb:

“Sağ ol, Tok! Komandanı ehtirasla irəli apardız, əməyinizə görə minnətdarıq. Növbəti işinizdə sizə hər şeyin ən yaxşısını arzulayırıq”.


Tokket 2022/23 mövsümünün ortalarında “Kenaks”ın “sükanı arxasına” keçmişdi. Həmin mövsüm 50 oyunda iş başında olan mütəxəssis komandanı pley-offa çıxarmışdı. Bu mövsüm isə Qərb konfransında 10-cu yeri tutan “Vankuver” Stenli kuboku uğrunda mübarizəni davam etdirə bilməyib.
Dünən daha üç seriyada mübarizə başa çatdı. “Minnesota” ilə seriyadan qalib ayrılan “Veqas” Qərb konfransının yarımfinalında “Los-Anceles”i mübarizədən kənarlaşdıran “Edmonton”la qarşılaşacaq. Qərb konfransında 2-ci yarımfinal cütü hələ bəlli deyil. “Vinnipeq” “Sent-Luis”lə seriyada 3:2 öndədi, “Dallas” – “Kolorado” seriyasında isə qalib 7-ci oyunda müəyyənləşəcək.
Dünənki “Ottava” – “Toronto” oyunu ilə bağlı bir maraqlı məqam var. Qonaqların forvardı Oston Mettyus pley-offda 25-ci qolunu vurdu. 27 yaşlı amerikalı bu göstəricidə klubun snayperləri siyahısında 7-ci pilləyə yüksəldi. “Toronto”nun pley-offda qol sayına görə rekordçusu Uendell Klarkdı (34).
29 aprel
Florida – Tampa-Bey 4:2 (0:0, 1:2, 3:0)
Seriyada hesab – 3:1.
Dallas – Kolorado 6:2 (2:0, 3:2, 1:0)
Seriyada hesab – 3:2.
30 aprel
Toronto – Ottava 0:4 (0:0, 0:1, 0:3)
Seriyada hesab – 3:2.
Karolina – Nyu-Cersi 5:4 2ОТ (0:3, 4:1, 0:0, 1:0)
Seriyada hesab – 4:1.
Veqas – Minnesota 3:2 ОТ (2:1, 0:0, 0:1, 1:0)
Seriyada hesab – 3:2.
Los-Anceles – Edmonton 1:3 (0:0, 1:1, 0:2)
Seriyada hesab – 2:3.
1 may
Vaşinqton – Monreal 4:1 (2:0, 1:0, 1:1)
Seriyada hesab – 4:1.
Tampa-Bey – Florida 3:6 (2:2, 1:2, 0:2)
Seriyada hesab – 1:4.
Vinnipeq – Sent-Luis 5:3 (2:1, 2:1, 1:1)
Seriyada hesab – 3:2.
2 may
Ottava – Toronto 2:4 (0:1, 1:1, 1:2)
Seriyada hesab – 2:4.
Minnesota – Veqas 2:3 (1:1, 0:1, 1:1)
Seriyada hesab – 2:4.
Kolorado – Dallas 7:4 (2:0, 1:4, 4:0)
Seriyada hesab – 3:3.
Edmonton – Los-Anceles 6:4 (3:2, 2:1, 1:1)
Seriyada hesab – 4:2.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri