Icma.az
close
up
RU
İkinci Qayıdış proqramı daha yüksək səviyyədə həyata keçiriləcək ŞƏRH EDİLDİ

İkinci Qayıdış proqramı daha yüksək səviyyədə həyata keçiriləcək ŞƏRH EDİLDİ

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Böyük Qayıdış Proqramının artıq birinci mərhələsi yekunlaşır və dövlət başçısının sərəncamı ilə ikinci proqramın hazırlanıb həyata keçirilməsinə start verilir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O bildirib ki, keçən dövr ərzində demək olar ki, Qarabağın bütün ərazilərində infrastruktur layihələri böyük həcmdə reallaşdırılıb: "Xüsusilə Füzuli, Zəngilan və Laçında üç beynəlxalq aeroport istifadəyə verilib. İlk magistral yol kimi Zəfər yolu Füzulidən Şuşaya qədər çəkilib. Eyni zamanda dağların qoynunda Gəncə istiqamətindən Kəlbəcər və oradan da Laçın istiqamətinə yollar abadlaşdırılıb. Xocalı aeroportunda da yenidənqurma layihələri aparılır. Füzuli şəhərində ilk yaşayış kompleksi inşa edilib. Cəbrayıl şəhəri də ilk yaşayış məntəqəsi kimi formalaşdırılıb. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi Böyük Qayıdış Proqramının uğurlu başlanğıcı kimi həyata keçirilib.

Bu gün demək olar ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bütün ərazilərində quruculuq və qayıdış proqramları icra olunur. Hazırda Qubadlı və Zəngilan şəhərlərindən başqa, digər rayon mərkəzlərinə köç prosesi başlanıb. Yaxın zamanda Ağdam şəhərinə də köçlərin həyata keçirilməsi planlaşdırılır.

Beynəlxalq tərəfdaşlar arasında ən çox dəstək Türk dövlətlərindən, xüsusilə də qardaş Türkiyədən gəlir. Çətin relyefli dağlarda tunellərin və yolların tikintisində Türkiyə şirkətləri yaxından iştirak edib. Qazaxıstan, Özbəkistan və Qırğızıstan müəyyən rayonlarımızda məktəb və mədəniyyət mərkəzləri inşa etməklə mənəvi dəstək simvolu olan layihələr həyata keçiriblər. Bu obyektlərin açılışında həmin dövlətlərin başçıları da şəxsən iştirak ediblər. Bundan başqa, Tatarıstan Cəbrayıl bölgəsində “Araz Vadisi” iqtisadi layihələrində iştirak edir.

Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bərpasına başlayarkən elan etmişdi ki, bu region yaşıl iqtisadi zona olacaq. Bu, həm yaşayış məntəqələri, həm sənaye müəssisələri, həm də kənd təsərrüfatı sahələri üçün yaşıl texnologiyalar əsasında qurulacaq. Bu baxımdan inkişaf etmiş ölkələrin, tərəfdaş dövlətlərin təkcə maliyyə deyil, həm də yeni texnologiyaların ölkəyə gətirilməsi baxımından dəstəyi böyük əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan–Ərəb ölkələri əməkdaşlığı, eləcə də Azərbaycan–Çin birgə layihələri buna bariz nümunədir.

İkinci Qayıdış Proqramının artıq qazandığımız təcrübə əsasında daha yüksək səviyyədə həyata keçiriləcəyi gözlənilir. Bu mərhələdə məskunlaşma artdıqca, xarici tərəfdaşların və beynəlxalq təşkilatların Qarabağa investisiya yatırmaq və birgə layihələr icra etmək istiqamətində maraqları daha da artacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri