İkinci xanımım məndən 37 yaş balacadır Video
Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Birinci həyat yoldaşımdan ayrılandan 4 ay sonra ikinci dəfə evləndim. İndi ailəmlə çox xoşbəxtəm. Həyat yoldaşım mənə elə qayğı göstərir ki, sanki balaca uşağa baxır. Bir yeməyi ağzıma qoymağı qalır. Ailəsinə son dərəcə bağlı, qayğıkeş xanımdır. Bağımızda ağaclar, güllər əkir. Evimizə girəndə elə bil cənnətə düşürsən. Xoşbəxtəm ki, qarşıma belə bir qadın çıxıb. Bu yaxınlarda 50 yaşı tamam oldu. Artıq 8 ildir evliyik. Məndən 37 yaş kiçikdir. Bütün qadınlar indi də mənə vurulur".
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tariyel Qasımov "Həftənin qonağı" verilişində deyib. Aktyor həyat yoldaşının onu qısqandığını da etiraf edib.
"Çünki xanımlar indi də mənə "Səni sevirəm" mesajı yazırlar. Özümü çox yaxşı hiss edirəm. Elə bilirəm 50 yaşım var. Məndə həmin güc də, xarakter də qalır. Özümü qoca hesab etmirəm" deyə, T.Qasımov bildirib.
Baxış sayı:123
Bu xəbər 01 İyul 2026 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















