Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

İkiqat dünya çempionu Mixail Malkin: Tamblinq mənim həyatımdır AZƏRTAC

İkiqat dünya çempionu Mixail Malkin: Tamblinq mənim həyatımdır AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 12 dekabr, Mikayıl Məmmədov, AZƏRTAC

Mixail Malkin ikiqat Dünya və Avropa çempionu, üçqat tamblinq üzrə Dünya kubokunun qalibidir. O, Azərbaycan milli komandasının tərkibində komanda yarışında Dünya və Avropa çempionu olub, fərdi qələbələri ilə ölkəmizə bir çox mükafatlar gətirib.

Mixail Malkin AZƏRTAC-ın müxbirinə müsahibəsində bu mürəkkəb və möhtəşəm idman növünə necə gəldiyini, tamblinq idmanının populyarlığı ilə bağlı fikirlərini bölüşüb və karyerası boyu zirvədə qalmasına kömək edən motivasiyasının sirlərini açıb.

- Mixail, bir sözlə təsvir edin. Tamblinq sizin üçün nə deməkdir?

- Tamblinq mənim həyatımdır. Mən bütün həyatımı bu idman növünə həsr etmişəm.

- Məhz bu idman növünü seçməyə sizi nə ilhamlandırdı?

- Tamblinqdən əvvəl mən 5 yaşımdan cütlük idman akrobatikası ilə məşğul olmuşam. Sonra paralel olaraq tamblinqlə məşğul olmağa başladım. Mən tamblinqdə irəliləyişin daha sürətli getdiyini və yaxşı nəticələr əldə etdiyimi gördüm. 2009-cu ildə ilk turnirə göndərildim və mən tamblinq trekində çıxış etməyə qərar verdim.

- Uğurlu tamblinqçi olmaq üçün ən vacibdir bacarıq və keyfiyyətlər hansılardır?

- Mənə elə gəlir ki, peşəkar tamblinqçi olmaq üçün ən vacib olan güc, koordinasiya və təhlil etmək bacarığıdır.

- Bütün karyeranız boyunca sizə motivasiyalı qalmağa nə kömək edir?

- Dünya çempionatı, Avropa çempionatı, Dünya Oyunları kimi böyük yarışlarda iştirak etməyi xoşlayıram. Mən yeni nailiyyətlər əldə etmək istəyirəm və dəfələrlə - beş qat, altı qat dünya çempionu olmaq istəyirəm. Bu idman növünü davam etdirmək məhz mənim motivasiyamdır.

- Ailənizin və dostlarınızın dəstəyi karyeranızda hansı rol oynayıb?

- Valideynlərim məni idmana gətirməsəydilər, burda olmazdım. Dostlar da öz növbəsində məşq etmək əhvalım olmayan vaxtlarda mənə dəstək oldular. Onlar mənə həmişə məşq etmək və irəliləmək üçün motivasiya veriblər.

- Müsahibələrdən birində siz dediniz ki, tamblinq hələ ki Azərbaycanda o qədər də populyar deyil. Bir neçə il keçdi — onun populyarlaşmasında irəliləyiş varmı?

- Bildiyiniz kimi keçən il komanda yarışında dünya çempionu, bu il isə Avropa çempionu olduq. Əvvəllər təkbaşına çıxış edirdim, indi komandamız, eləcə də 2-3 ehtiyat idmançımız var. Bu artıq az deyil. Düşünürəm ki, irəliləyiş göz qabağındadır.

- Tamblinq karyeranızda mənimsədiyiniz ən çətin olan hansı element və ya kombinasiya olub?

- Məşq zamanı dünyada ən çətin kombinasiyanı yerinə yetirdim, amma hələ yarışda istifadə etməmişəm. Gələcəkdə çətinlik üzrə dünya rekordunu qırmağı planlaşdırıram, ona görə də növbəti yarışlarda bu kombinasiyadan istifadə edəcəyəm. Mən bunun üzərində işləyəcəm.

- Hansı elementi ən möhtəşəm və çətin hesab edirsiniz?

- Çox mürəkkəb elementlərimiz var. Məsələn, “ikiqat dörd burulma salto”, “üçlü təkanla dönmə salto” və “qruplaşmada üçlü təkanla dönmə salto”. Mənim üçün onlar ən möhtəşəm və mürəkkəbdir.

- Bu yaxınlarda zədə aldınız. Bərpa prosesi necə gedirdi?

- Mən hələ tam bərpa olunmamışam. İki ay keçdi və indi ayağımı bərpa etmək üçün fiziki hazırlıqla məşğul olmağa başladım. Ümid edirəm ki, yeni ildən tam məşqlərə qayıda biləcəyəm.

- Yaxın gələcəkdə hansı yarışlarda iştirak edəcəksiniz?

- 2025-ci ilin fevral ayında Bakıda Dünya çempionatının keçirilməsi planlaşdırılır. Bu starta hazırlaşmağa çalışacağam, amma böyük ehtimalla zədə səbəbindən risk etməyəcəyəm. İyul ayında Portuqaliyada daha bir dünya çempionatı olacaq və ondan bir ay sonra mənim üçün ən vacib yarış, 2025-ci il avqustun 7-də keçiriləcək Dünya Oyunları olacaq. Hesab edirəm ki, bu startlara mümkün olan ən yaxşı formada başlamaq daha yaxşıdır. Daha sonra Fransada Dünya Çempionatının daha bir mərhələsi olacaq və ondan ay yarım sonra İspaniyada dünya çempionatı keçiriləcək. Düşünürəm ki, yaya qədər tam döyüşə hazır olmalıyam.

- İdman karyeranızı başa vurduqdan sonra nə edəcəyinizi düşünmüsünüzmü?

- Hələ bu barədə düşünməmişəm, çünki tamblinq trekində çıxış etməyi çox sevirəm. İndi fikirlərim tamamilə tullanmaq və yüksək nəticələr əldə etmək üzərində cəmlənib. Hazırda bütün diqqətimi idmançı karyerama yönəltmişəm.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 08:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see272

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see271

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see218

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see210

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see206

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see192

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see192

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see188

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see180

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see167

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see166

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see150

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see149

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see147

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see145

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see145

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see142

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see139

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri