İkiqat olimpiya çempionu dünya çempionatına gedə bilməyəcək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Altıqat dünya çempionu və ikiqat olimpiya çempionu Əbdülrəşid Sadulayev sentyabrın 13-dən 21-dək Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək 2025-ci il güləş üzrə dünya çempionatında iştirak etməyəcək.
İdman.biz bu barədə Beynəlxalq Güləş Federasiyasının (UWW) mətbuat xidmətinə istinadən xəbər verir.
Əbdülrəşid Sadulayev UWW-dən yarışda iştirak etmək üçün icazə alan güləşçilər siyahısına daxil edilib. Lakin idmançı turnirin keçirildiyi ölkəyə daxil olmaq üçün vaxtında Şengen vizasını ala bilməyib. Turnirdə 97 kq çəki dərəcəsində onu 2021-ci il dünya çempionatının gümüş mükafatçısı rusiyalı Maqomed Kurbanov əvəzləyəcək.
Qeyd edək ki, Sadulayev 92 kq çəki dərəcəsində hazırkı dünya çempionudur. Final döyüşündə o, 2020-ci ilin Olimpiya çempionu amerikalı Devid Teylora 7:0 hesabı ilə qalib gəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 Sentyabr 2025 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















