Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

İkiqat qohumluq, mərtəbəli evlilik: BİTDİ!

İkiqat qohumluq, mərtəbəli evlilik: BİTDİ!

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda gələcək nəsillərin sağlamlığının qorunması və anadangəlmə xəstəliklərin qarşısının alınması məqsədilə iyulun 1-dən etibarən aralarında nikah bağlanmasına yol verilməyən qohumların dairəsi genişləndirildi. Ailə Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişikliyə əsasən, ümumi bioloji babası və ya nənəsi olan əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı, bibioğlu ilə dayıqızı, bibiqızı ilə dayıoğlu, həmçinin əmi ilə onun qardaşı qızı, dayı ilə onun bacısı qızı, bibi ilə onun qardaşı oğlu və xala ilə onun bacısı oğlu arasında nikahın bağlanmasına icazə verilməyəcək.

Nikaha daxil olmaq istəyən şəxslər arasında qohumluq münasibətlərinin olub-olmaması Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən yoxlanılacaq. Əgər bu məlumatların sistem vasitəsilə əldə edilməsi mümkün olmazsa, nikaha daxil olmaq istəyən şəxslər və onların valideynlərinin doğum haqqında şəhadətnamələrinin surəti nikah ərizəsinə əlavə edilməlidir. Həmin sənədlərin əldə edilməsi mümkün olmadıqda qohumluq əlaqələrinin olub-olmadığının müəyyənləşdirilməsi üçün əlavə sənədlər tələb oluna bilər. Yoxlama nəticəsində yuxarıda qeyd olunan qohumluq əlaqəsi müəyyən edilərsə, qeydiyyat orqanı tərəfindən həmin şəxslərin nikahı qeydə alınmayacaq.

Ona görə olmaz ki...

Qohum nikahlarla bağlı olduqca çox yazıb, olduqca çox danışmışıq. Genetik, tibbi, insani tərəflərini araşdırıb səhifələrlə yazı yazmışıq. Qohumla evlənməmək üçün bir neçə ciddi səbəb var ki, bunlar əsasən genetik, tibbi, psixoloji və sosial risklərin çoxluğu ilə bağlıdır. Ən birinci səbəb genetik risklərdir. Yaxın qohumlar genetik olaraq bir-birinə bənzərdir, bir-birinin eynidir. Əgər hər iki tərəf hər hansı bir irsi xəstəliyin daşıyıcısıdırsa bu zaman körpədə anadangəlmə qüsurların, fiziki və əqli qüsurların olma ehtimalı çoxdur. İrsi xəstəliklərdən olan talassemiya, hemofiliya, fenilketonuriya və s. kimi xəstəliklərin övladlara ötürülmə ehtimalı yüksək qohum nikahlarda yüksək olur.

Çünki, biz ana bətnində yaranarkən genimizi hər iki valideynimiz formalaşdırır. Yəni genimizin yarısını atadan, digər yarısını isə anadan alırıq. Bəzi genlərimiz tərəfindən kodlaşdırılan fiziki, fizioloji və ya davranış xüsusiyyətlərimizin düzgün işləməsi üçün hər iki valideynimizdən aldığımız genin normal işləməsi şərtdir. Yəni, əlimizin olması, ayağımızın yeriməsi, beynimizin düşünməsi üçün ata-anamızın geni sağlam olmalıdır. Amma hətta bizi kodlayan genlərdən yalnız biri işləsə belə, ona tabe göstəricilərimiz normal inkişaf edə və və orqanizmimiz işləyə bilər. Yəni əgər anamızın geni ilə ayağımız yeriyirsə o zaman anamizdan aldığımız gen sağlam olmalıdır, onda sağlam deyilsə o zaman atamızdan sağlam geni tapıb alırıq.

Lakin mayalanma prosesində aldığımız genlərin hər ikisi qüsurlu gen olduqda genetik xəstəliklər baş verir. Yəni, əgər tərəflər qohum olmasa idi, əgər ikisindən birinin genində problem olsa, digəri sağlam olsa idi belə, dünyaya gələcək uşaqların orqanizmi çox zərər görməzdi. Lakin tərəflər qohumdur və eyni xəstə geni daşıyırlar və dünyaya gələcək övladlarına eyni geni ötürürlər, bu zaman mutasiya problemləri yaranır. “Autosomal resessiv” genetik xəstəliyi olan bir şəxsin bu xəstəliyi daşımasının səbəbi hər iki valideynindən zərərli mutasiyaya malik eyni geni miras alması deməkdir. Qohum nikah zamanı hər iki valideynimizdə olan irsi xəstəlik beləcə bizə də ötürülür.

Daha təhlükəlisi: mərtəbəli evlilik

Bəzən valideynləri yaxın qohum olan gənclər evlilik qərarı alır, evlənirlər. Tutaq ki, əmizadələrin nikahı baş tutur. Növbəti mərhələrə onların dünyaya gfələcək övladları da qohum nikaha girmək istədikdə mərtəbəli evlilik prosesi baş tutur. Baba-nənə qohum evliliyi edib, ata-ana əmizadədir və qohum nikahındadırlar, uşaqlar da qohum nikaha meyllənir və bu daha böyük təhlükədir. Tibb buna “təkrarlanan qohum nikahları” deyir və genetik baxımdan ən riskli hallardan biri hesab olunur.

Bu halda qohumluq genləri bir neçə dəfə üst-üstə düşür. Yəni həm nənə-baba, həm ata-ana eyni genetik kökdən gəlir və əgər onların övladları da evlənmək istəyirsə bu zaman genetik müxtəliflik yüksək dərəcədə azalır. Əgər həm valideynlər, həm də onların valideynləri qohum nikahındadırsa bu zaman irsi xəstəliklərin ehtimalı kəskin artır, əqli gerilik, autizm spektr pozuntuları, fiziki anomaliyalar riski daha yüksək olur.

Qohum nikahlarla mübarizə aparın, evliliklərin qohumluq əlaqələri üzərindən yarandığını bildiyiniz hallarla qarşılaşdıqda lazımı orqanlara məlumat verin. İnsanlar qohum nikahlarla mübarizə üçün hər şey etməlidirlər. Bu vətəndaşlıq borcudur, öz genefonduna sahib çıxmaqdır. Hamı qohum nikahlara qarşı mübarizə aparsa, el bir olsa dövlət də öhdəsindən daha yaxşı gələr.

Qadağanın tətbiq olunmasında iki tərəfin əməyi var - həkimlərin və jurnalistlərin. Bu barədə mütəmadi çıxış edən, yazan həkimlər insanlara qohum nikahların zərərlərini, təhlükələrini anladaraq genefondumuzu sağlamlaşdırmağa çalışdılar. Eyni zamanda, bu qadağada medianın, jurnalistlərin böyük əməyi var.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:303
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see443

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see425

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see407

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see277

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see273

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see262

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see257

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see244

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see237

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see227

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see218

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see213

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see199

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see195

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see189

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see189

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see188

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see183

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see165

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri