Icma.az
close
up
RU
İkitərəfli əlaqələrin geniş gündəliyi

İkitərəfli əlaqələrin geniş gündəliyi

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri zamanı bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bu sənədlərdən Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı xüsusilə vurğulamaq lazımdır. Məhz bu  Birgə Bəyanat Azərbaycan-Çin münasibətlərini daha yüksək səviyyəyə qaldıracaq. Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatda ikitərəfli əlaqələrin geniş gündəliyi öz əksini tapır.

Pekində Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev Birgə Bəyanatın imzalanmasını iki ölkə arasında mövcud olan həmrəylik və dostluq əlaqələrinin nəticəsi kimi qiymətləndirdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Azərbaycan “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyir. Belə ki, Azərbaycan Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olub.

Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, Çinin nümunəsi, modernləşməsi və apardığı islahatlar bir çox ölkələri ilhamlandırır. Bu, ölkələrin həmin təcrübədən necə istifadə etməsindən, müxtəlif ölkə liderlərinin digər ölkələrin müsbət təcrübələrindən necə öyrənməsindən asılıdır. Çinin keçdiyi tərəqqi yolu Azərbaycan üçün ilham mənbəyi olmuşdur. Bu gün Azərbaycanda güclü iqtisadiyyat qurulub. Ölkəmizin xarici borcu ÜDM-in 7 faizindən azdır. Azərbaycanın mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsi 5 faizə endirilib, ölkə iqtisadiyyatı şaxələndirilib. Yaşıl gündəlik ölkəmiz üçün əsas prioritetlərdəndir. Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub.

Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Prezident İlham Əliyev onu da bildirdi ki, bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar. İmzalanan və icra fazasında olan müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beş ildən sonra elektrik enerjisinin bugünkü tutumu iki dəfə artmış olacaq - 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Nəticədə ölkəmiz elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracaq. Azərbaycanda elektrik enerjisi bərpaolunan enerji resurslarından əldə ediləcək və təbii qaz beynəlxalq bazarlara ixrac ediləcək.

Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində Azərbaycanın yaşıl gündəliyi haqqında danışarkən Prezident İlham Əliyev onu da qeyd etdi ki, dövlətimizin planı Bakının ictimai nəqliyyat sistemini, sonra isə ölkənin bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Aprel 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri