Icma.az
close
up
RU
İkiüzlü Avropa: Niyə Ermənistanı ittiham etmirlər?

İkiüzlü Avropa: Niyə Ermənistanı ittiham etmirlər?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Dünən Avropa Parlamentində Ermənistan və Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı qətnamə qəbul edilib.

Hər zaman olduğu kimi budəfəki qətnamədə də Azərbaycana qarşı qərəzli və heç bir əsası olmayan müddəalar əks olunub. Buna cavab olaraq, Azərbaycan dərhal Avropa İttifaqına nota verib.

Qeyd edək ki, 1 may tarixində Avropa İttifaqının Azərbaycandakı səfiri Marijana Kujunçiç Xarici İşlər Nazirliyinə çağırılıb.  Görüş zamanı 30 apreldə qəbul edilmiş və Azərbaycana qarşı əsassız və qərəzli müddəaları özündə əks etdirən Avropa Parlamentinin qətnaməsi qətiyyətlə pislənilib və  bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Bu qətnamənin müddəalarının reallığı təhrif etdiyi, obyektivlik prinsiplərinə və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyinə zidd olduğu, eyni zamanda Avropa Parlamentinin bu yanaşmasının regionda normallaşma prosesinə və Azərbaycanla Aİ arasında münasibətlərin perspektivlərinə mənfi təsir göstərdiyini qarşı tərəfin diqqətinə çatdırılıb.

Bununla yanaşı, Ermənistan sakinlərinin Qarabağ bölgəsinə qayıtması ilə bağlı iddiaların tamamilə əsassız olduğu da vurğulanıb.

Qarşı tərəfə bildirilib ki, 2023-cü ildə Azərbaycan Konstitusiyasına uyğun olaraq təqdim edilən reinteqrasiya planına baxmayaraq, erməni sakinləri regionu könüllü olaraq tərk ediblər və bunun əksini iddia edən iddialar həqiqətə uyğun deyil. 

Həmçinin qeyd edilib ki, "hərbi əsir" kimi təsvir edilən erməni əsilli şəxslərin azadlığa buraxılması ilə bağlı çağırışlar hüquqi cəhətdən qəbuledilməzdir.

Xatırladılıb ki, Azərbaycan bir sıra məhbusları azad etməklə və etimad quruculuğu addımları atmaqla humanizm nümayiş etdirib, məhkumlar isə terrorizm, sabotaj və müharibə cinayətləri də daxil olmaqla ağır cinayətlər törədiblər.

Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a şərhində qeyd edib ki, Avropa Parlamenti hələ də Azərbaycana qarşı qərəzli mövqedən geri çəkilmək istəmir:

“Bir tərəfdən Avropa İttifaqının rəhbərləri Azərbaycana müəyyən müraciətlər göndərirlər, Azərbaycanla birgə mühüm sazişlərə imza atırlar və ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını vurğulayırlar, digər tərəfdən də görürük ki, Avropanın ayrı-ayrı ölkələri, xüsusilə də Avropa Parlamentindəki ünsürlər Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe yürüdürlər. 

Avropa Parlamentində belə bir qətnamənin qəbul edilməsi açıq-aydın onu göstərir ki, Avropalı parlamentarilər erməni lobbisinin təsiri altındadır. Sözügedən qətnamədə heç bir obyektivlik yoxdur. 

Əgər obyektivlik olsa idi, başa düşərdilər ki, Azərbaycan beynəlxalq normalara riayyət etməklə məhkəmə prosesi aparıb. Bu prosesdə erməni hərbi canilərinin bütün cinayətləri faktlarla sübut olunub və onlara layiqli cəza verilib. 

Əgər Avropalı parlamentarilərin məhkəməmizin qərarı ilə bağlı etirazı varsa, buyursunlar hər hansı yerə müraciət etsinlər. Siyasi mahiyyət daşıyan bu cür qətnamələrlə və bəyanatlarla Azərbaycana təzyiq etməyə çalışırlar.

Qarabağı könüllü tərk edən ermənilərin geri qayıtması ilə bağlı məsələ qaldırırlarsa, onda niyə 1988-1991-ci illərdə Ermənistandan zorla deportasiya edilən azərbaycanlıların öz dədə-baba torpaqlarına geri qayıtması və onların hüquqlar barədə məsələ qaldırmarlar? Niyə Ermənistanı ittiham etmirlər?

Ona görə də Avropa Parlamentinin qətnaməsi reallıqdan uzaqdır və heç bir hüquqi əsası yoxdur. Qarabağda vaxtilə yaşayan ermənilərə qarşı heç bir təzyiq olmayıb.

Azərbaycan yalnız öz ərazi bütövlüyünü və suverenliyini bərqərar edibdir. Heç bir fakt olmadan Azərbaycanı ittiham edirlər. Qarabağ ermənilərindən ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Qeyd edim ki, Azərbaycana qarşı bu cür qətnamələrin heç bir əhəmiyyəti yoxdur.” 

Yunis Abdfullayev 
“Cebheinfo.az”

Açar sözlər: Avropa Parlamenti Akif Nağı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri