Icma.az
close
up
RU
İkiüzlü olmayın, kişi olun!

İkiüzlü olmayın, kişi olun!

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyirmi-iyirmi beş il əvvəl Avropa ölkələrindən birinin səfiri Gədəbəyə gedib. Belə səfərlər diplomatların fəaliyyət planına daxil olduğu üçün burada təəccüblü, qeyri-adi heç nə yoxdur.
ABŞ səfiri Riçard Morninqstarın Şəkidə pitinin içinə çörək doğrayıb qırmızı soğanla yediyini özüm görmüşəm...
 

Hövsələsiz olmayın, mətləbə keçirəm. Yerli icra hakimiyyətinin rəhbər şəxsləri avropalı diplomatın pişvazına çıxıblar. Onu rayonda aparılan quruculuq işləri ilə tanış edib, təkcə görülən deyil, həm də görülməyən işlərdən danışaraq səfiri xeyli təəccübləndiriblər. Sonra birlikdə dağa qalxıblar. Quzu kababının qoxusu ətrafa yayılanda səfir o boyda yolu qət edib Gədəbəyə gəlməkdə səhv etmədiyini anlayıb.


Müftə yeməyə vərdiş etmiş avropalılar kababa girişiblər. Tovuzun Məşədilər kəndindən gətirilən tut arağı məclisə xüsusi ab-hava qatıb. Yaxşı yeyib-içəndən sonra məclisə aşıq təşrif buyurub.
Sən demə, qazaxlı qardaşımız “hazır” gəlibmiş. Bir-iki ağız oxuyandan sonra Göyəzənin ətəyində keçən uşaqlıq illərini xatırlayaraq, ağlamağa başlayıb. Bu vaxt səfirin insanpərvərlik damarı baş qaldırıb.
 

“Nə etmisiniz ki, bu adam ağlayır?” deyərək, səs-küy salıb, aləmi bir-birinə qatıb. Amma sərxoş olduğu üçün ona çox içəndən sonra ağlamağın Azərbaycan xalqının mental xüsusiyyətlərindən biri olduğunu heç cür başa sala bilməyiblər...


Bu həmin vaxt idi ki, qohumlarım Beyləqanda, İmişlidə, Saatlıda, Sabirabadda çadır şəhərciklərində, fin evlərdə, vaqonlarda çürüyürdü. Erməni təcavüzü nəticəsində yurd-yuvalarından didərgin düşən yüz minlərlə insan antisanitariya şəraitində yaşayır, yoluxucu xəstəliklərlə mübarizə aparırdı.
Minlərlə tale yarımçıq qırılır, yüzlərlə insan yurd həsrəti, torpaq niskili ilə dünyadan köçürdü. Amma nədənsə kabab iyinə buradan Gədəbəyə gedən səfirin Bakının “qulağının dibindəki” Şirvanda məskunlaşan məcburi köçkünlərə baş çəkmək yadına düşmürdü...
 

Bu avropalılar həmişə belə qeyri-səmimi olublar. İndi də utanmadan Xocalı qatillərinə azadlıq tələb edir, Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtmasını istəyirlər. Amma qədim yurd yerlərimizdən olan Qərbi Azərbaycandan qaçqın düşmüş 300 min soydaşımızın geri qayıtması yenə onların “yadına düşmür”.


Bilirəm, sözdən keçib. Yəni, sizə heç bir söz təsir etmir. Amma mənim sözdən başqa “silahım” yoxdur.
Odur ki, yenə yazıram: ikiüzlü olmayın, kişi olun! Öz həmcinsləri ilə evlənən "kişi"lərdən yox, ha! (Mənbə: Metbuat.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 07 May 2026 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Elm və din üz üzə qoyulmamalıdır” TURAL İRFAN

08 Sentyabr 2026 14:20see583

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see289

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see268

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see267

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see251

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see251

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see248

Düyü, kartof və makaronu soyuq yeyin Səbəb

08 Sentyabr 2026 02:10see227

“Ədibin Evi”ndə xarici diplomatlar üçün Azərbaycan mədəniyyət kursları açılıb

08 Sentyabr 2026 18:47see220

Nağı Şeyxzamanlının həyatına işıq salan yeni monoqrafiya

08 Sentyabr 2026 17:45see217

Rus alimlər Naftalan yağına alternativ neft yağı kəşf etdilər

08 Sentyabr 2026 16:03see216

Lerikdə 14 kq narkotik aşkarlanıb

08 Sentyabr 2026 02:36see212

Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər öldü VİDEO

08 Sentyabr 2026 18:15see211

Üz iflicində inteqrativ müalicə: Biotənzimləyici preparatlar vasitəsilə daha sürətli sağalma

08 Sentyabr 2026 15:59see204

Şəkidə iki nəfərin faciəvi ölməsi ilə bağlı TƏBİB dən AÇIQLAMA

08 Sentyabr 2026 18:51see195

Xərçəng xəstələrinin sayı 67% artacaq

09 Sentyabr 2026 01:01see192

Tramp pop mədəniyyət həvəskarlarının hədəfində Səbəb

08 Sentyabr 2026 15:18see189

Saqqızı udsanız bədəninizə nə baş verir?

08 Sentyabr 2026 21:51see177

YAP xalqa layiqli xidmət nümunəsi yaradıb

08 Sentyabr 2026 22:50see173

Ukrayna şirkəti Azərbaycandan gedir

08 Sentyabr 2026 15:45see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri