Icma.az
close
up
RU
İKTA “EŞikayət”in mobil əlavəsini istifadəyə verib AZƏRTAC

İKTA “EŞikayət”in mobil əlavəsini istifadəyə verib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 27 noyabr, AZƏRTAC

Azərbaycanın telekommunikasiya və poçt rabitəsi sahəsində tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “E-Şikayət”in mobil əlavəsini istifadəyə verib.

AZƏRTAC İKTA-nın yaydığı məlumata istinadla xəbər verir ki, “Android” və “iOS” əməliyyat sisteminə malik cihazların istifadəçiləri müvafiq olaraq “Google play”dən və “APP store”dan “E-Şikayət”in mobil əlavəsini yükləyərək istifadə edə bilərlər.

İstifadəçilərin rahatlığının təmin edilməsi məqsədilə mobil əlavədə bir sıra funksiyalar yaradılıb. Belə ki, menyuda yerləşdirilən “Sürət testi” vasitəsilə istifadəçi “Ookla” şirkətinin rəsmi lisenziyalı “Speedtest” aləti vasitəsilə hazırda istifadə etdiyi internetin sürətini ölçə bilər. Mobil əlavə vasitəsilə mobil, yaxud sabit genişzolaqlı internetin sürətindən şikayət məktubu yazan şəxs müraciət formasının içərisində yerləşdirilən “İnternetin sürətini ölç” düyməsinə klikləməklə real sürət haqqında internet provayderinə və tənzimləyici quruma müraciət edə bilər.

Eyni zamanda “E-Şikayət”in mobil əlavəsində vətəndaşlara səsli şikayət etmək imkanı da yaradılıb. Belə ki, müraciət zamanı istifadəçi “Şikayətin mətni” bölməsində yerləşdirilən xüsusi düyməni sıxmaqla öz şikayətini səsli şəkildə bildirə bilər. Müraciətçiyə seçim hüququnun verilməsi vaxt itkisinin qarşısını almaqla yanaşı, vətəndaşın fikirlərini daha rahat bildiyi üsulda ifadə etməyə imkan yaradır.

İKTA xidmət keyfiyyətini və vətəndaş məmnunluğunu artırmaq məqsədilə rəqəmsal transformasiyanı daha da genişləndirmək niyyətindədir və bu prosesdə istifadəçilərin rəyləri mühüm əhəmiyyət kəsb edir.

“E-Şikayət” vasitəsilə ümumilikdə “İnternet (GPON, ADSL, LTE və s.)”, “Telefon rabitəsi”, “Mobil rabitə”, “Mobil internet”, “Universal poçt rabitəsi xidmətləri” və “Sürətli poçt rabitəsi xidmətləri” üzrə şikayətlərin qəbulu mümkündür.

2023-cü ilin noyabrında istifadəyə verilən sistem üzərindən vətəndaşlar tərəfindən bu günə qədər ümumilikdə 3700-dən çox müraciət daxil olub.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 20:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see210

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see203

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see192

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see175

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see143

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see138

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see137

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see137

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see133

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see133

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see131

Qorxaq deputatlar: Rusiya ilə gərginliyi müzakirə etməkdən açıq şəkildə yayınırlar

09 Noyabr 2025 00:17see130

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see128

“Bəziləri düşünür ki, Konstitusiyamıza hansısa ciddi dəyişikliklər ediləcək” DEPUTAT

09 Noyabr 2025 05:35see126

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

09 Noyabr 2025 05:54see125

Vətən müharibəsi mövzulu filmlər açıqlandı Siyahı

09 Noyabr 2025 01:02see124

Ərəb ölkələri ABŞ ın bu planını rədd etdilər

09 Noyabr 2025 06:53see123

Zabitlərimiz paraddan öncə BELƏ sevindi VİDEO

09 Noyabr 2025 00:48see123

“Monqol əti”nin “halal” standartına uyğunluğu yoxlanılır? RƏSMİ AÇIQLAMA

09 Noyabr 2025 09:01see121

Psixoloqlar aşağı zəkanın əlaməti sayılan 4 vərdişi açıqladı

09 Noyabr 2025 07:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri