Icma.az
close
up
RU
İKTA veb saytların təhlilini həyata keçirib CƏDVƏL

İKTA veb saytların təhlilini həyata keçirib CƏDVƏL

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin veb-saytlarının təhlilini həyata keçirib.

"Unikal" xəbər verir ki, müxtəlif kateqoriyalar üzrə təhlillər ümumilikdə bazarın 90%-dən çox hissəsini əhatə edən 26 operator və provayderin internet informasiya ehtiyatları üzrə aparılıb.

Bu operator və provayderlərə “AG Telekom” MMC, “Alfanet” MMC, “Azoptiknet” MMC, “AzQtel” MMC, “Aztelekom” MMC, “Aznet Technologies” QSC, “Azeronline LTD” BM, “Araznet Technologies” MMC, “BeeOnline” MMC, “Boss Group” MMC, “Eurosel” MMC, “Fast Net Technology” MMC, “Fibernet” MMC, “GammaSkynet” MMC, “GSP” MMC, “Kaspian Telekom” MMC, “Konnekt” QSC, “Metronet” MMC, “Rahat Telecom” MMC, “Selnet” MMC, “Setnet” MMC, “Smart Sistemz Technoloji” MMM, “SN Telecom” MMC, “Telekom İnvest” MMC, “Teleport” MMC və “Uninet” MMC daxildir.

Müəyyən edilib ki, qeyd edilən operator və provayderlərin saytlarının 22-də kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı mövcuddur, 19-da internetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmək mümkündür, 14-də internet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi var.

Eyni zamanda saytların 13-də yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumatın yayımlandığı, 12-də “E-Şikayət” sistemi ilə bağlı məlumatın, 12-də internetə qoşulma üçün tələb olunan sənədlərin siyahısının, 7-də “SpeedTest” ölçmələri üçün keçidin yerləşdirildiyi müəyyən olunub.

Həmçinin təchizatçıların saytlarının 8-də internet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izah edildiyi, 2-də yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət etməyin mümkün olduğu, 1-də yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumatın yerləşdirildiyi, 1-də şikayətdə bildirilə bilən problemlərin növünün qeyd edildiyi, 1-də isə planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırıldığı məlum olub.  Bundan əlavə, yalnız 1 provayderin saytında şikayət etmək  üçün lazım olan sənədlərin siyahısı yerləşdirilib.

Təhlil aparılmış internet operator və provayderlərin veb-saytlarında  yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi, aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması və şikayət prosesinin bir hissəsi olan addımlar haqqında məlumatın verilməsi xidmətləri mövcud deyil.  

Aparılan təhlillərin nəticələri toplanaraq mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq olaraq operator və provayderlərə təqdim edilib.

İKTA bir daha bəyan edir ki, telekommunikasiya və poçt rabitəsi sahəsində istehlakçı hüquqlarının qorunması və rəqabətli mühitin formalaşması üçün fəaliyyətimizi davam etdirəcəyik.

İnternet operator və provayderlərinin rəsmi veb-saytları üzrə

Mövcuddur

Mövcud deyil

Veb-sayt 

26

0

Kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı

22

4

İnternetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmə

19

7

İnternet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi

14

12

Yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumat

13

13

“E-Şikayət” sistemi ilə bağlı məlumat

12

14

İnternetə qoşulma üçün tələb olunan sənədlərin siyahısı

12

14

“SpeedTest” ölçmələri üçün keçid

7

19

İnternet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izahı 

8

18

Yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət imkanı

2

24

Yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumat

1

25

Şikayətdə bildirilə bilən problemlərin növü

1

25

Planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırılması

1

25

Şikayət etmək  üçün lazım olan sənədlərin siyahısı

1

25

Yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi

0

26

Aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması

0

26

Şikayət prosesinin bir hissəsi olan
addımlar haqqında məlumat

0

26


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 İyun 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see232

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see221

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see219

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see217

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see211

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see205

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see204

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see200

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see199

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see195

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see194

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see191

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see190

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see190

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see189

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see188

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see188

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see186

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see184

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri