Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

“İlahi” ilə səsləşən sənədli filmlər festivalı

“İlahi” ilə səsləşən sənədli filmlər festivalı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Artıq bir neçə gündür ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı öz işinə başlayıb. Bu, Azərbaycanda təsis edilmiş ilk müstəqil sənədli film festivalıdır. Festival, həqiqət axtarışında olan kinematoqrafiyanın, tənqidi düşüncənin və mədəni dialoqun dinamik platformasını yaratmaq məqsədi ilə təsis olunub. Yarandığı gündən etibarən, DokuBaku dünyanın müxtəlif güşələrindən seçilmiş sənədli filmləri təqdim edərək, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə qeyri-fantastik hekayəçilik sənətinə daha dərindən maraq oyatmağa xidmət edir. Festival daim gənc istedadları dəstəkləyir. Hekayələr sadəcə danışılmır, onlar yenidən formalaşır, genişlənir və bizə dünyanı fərqli baxış bucağından görmək imkanı yaradır.

Bu il festival 9-cu buraxılışını təqdim edir. Mövzu, 5DWORLDHYPERDIVINEMAT3X (İlahi) adlanır. Festivalda nümayiş olunan sənədli filmlərdə həm qlobal, həm də yerli aktual mövzulara toxunulur. 2025-ci il DokuBaku Beynəlxalq Sənədli Film Festivalı açılışını Seyran Bədəlovun “Evim” sənədli filmi ilə edib. Rejissor burada “ev” anlayışını divarların və coğrafi sərhədlərin fövqünə daşıyaraq onu yaddaşın, mənsubiyyətin və kimliyin yaşadığı bir məkan kimi təqdim edir. Film hər kəsi düşündürən sualları gündəmə gətirir: mənsub olmaq nə deməkdir? Köç, məcburi köçkünlük və dövrümüzün sürətli dəyişiklikləri bizim köklərimizi, davamlılıq hissimizi və icma anlayışımızı necə formalaşdırır? Bu film həmçinin festivalımızın builki mövzusu olan “İlahi” - 5DWORLDHYPERDIVINEMAT3X ilə gözəl şəkildə səsləşir. Filmdən də aydın olur ki, hər birimiz evimizi qoruyub saxlamağa borcluyuq ki, bu evdən gələcək nəsillərə yaddaş, mənsubiyyət və ümidlə dolu bir dünya miras qoya bilək. Əks halda, bir gün artıq çox gec ola bilər. 

Qeyd edək ki, bu dəfəki tədbirdə 60-dan çox ölkədən 200-dən artıq müraciət daxil olub. Sənədli filmlər arasından 26 tammetrajlı və 31 qısametrajlı ekran işi tamaşaçıların ixtiyarına verilib. Proqramda 5 yerli film də yer alıb. 

Dünya üzrə 64 rejissorun iştirak etdiyi festival çərçivəsində filmlər 6 kateqoriya üzrə yarışır: 

dokubox: ən yaxşı debüt sənədli film, 

dokutam: ən yaxşı beynəlxalq sənədli film, 

dokushorts: ən yaxşı beynəlxalq qısa sənədli film, 

dokumuse: Musiqi, Rəqs və Ritm haqqında Ən Yaxşı Sənədli Film, 

dokuecho: Təbiət Haqqında Ən Yaxşı Sənədli Film, 

dokukids: Uşaqlar üçün Ən Yaxşı Sənədli Film. 

Festivalın dokuecho: Təbiət haqqında ən yaxşı sənədli film kateqoriyasında Azərbaycan Fotoqrafları Birliyinin üzvü, gənc fotoqraf Sadıq Əliverdibəylinin operatoru və ssenari müəlliflərindən biri olduğu “Fraşa – Kriti”  adlı sənədli filmi də yer alır. S. Əliverdibəyli ilə film haqqında danışdıq. O, bildirdi ki, həmin ekran işini Mədəniyyət və İncəsənət Universitetində təhsil aldığı illərdə  diplom işi üçün ərsəyə gətirib: - Bu filmi tələbə olduğum vaxtda çəkmişdik. Heç bir maliyyə dəstəyi olmadan, öz imkanlarımız hesabına bu film ərsəyə gəlib. Film -  operator kimi həm mənim, həm də tələbə yoldaşım Araz Quliyevin diplom işi olmuşdur. Filmin işıq üzü görməsində universitetimizin tələbələrinin böyük rolu var. Rejissoru, ssenari müəllifi və montaj rejissoru Araz Quliyev, rejissor assistenti Sevinc Mahmudova, icraçı prodüseri isə Leyla Əsədullayevadır. Layihəyə kənardan yalnız 2 nəfər dəvət olunmuşdu. Bunlar - rəng korreksiyaçısı Etka Kızıltepe və filmin bəstəkarı Bakı Musiqi Akademiyasının məzunu Əli Cəfərzadədir.

Sonda onu da xatırladaq ki, festivalda hər kateqoriyanın qaliblərini müəyyən edəcək 3 nəfərlik peşəkar münsiflər heyəti fəaliyyət göstərir. 

DokuBaku-nun məqsədi sənədli filmlər vasitəsilə müxtəlif cəmiyyətlər arasında mədəni dialoqu gücləndirmək, tənqidi düşüncəni inkişaf etdirmək və orijinal sənədli filmləri dünya auditoriyasına çatdırmaqdır. Festival çərçivəsində film nümayişləri ilə yanaşı, panel müzakirələr, ustad dərsləri və tematik seminarlar da təşkil ediləcək.

Fidan Salmanova
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see275

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see253

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see250

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see234

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see187

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see186

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see175

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see169

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see158

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see156

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see144

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see144

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see140

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see135

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see134

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see132

“Bravo”da 53 manat, “Neptun”da 26.7 manat, xaricə isə 14 manata... Anormal qiymət siyasəti + FOTOLAR

14 Yanvar 2026 13:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri