Icma.az
close
up
RU
İlahiyyatçı cəmiyyətə SƏSLƏNDİ: “Bu, Allahın işinə müdaxilədir, üsyandır” KONKRET

İlahiyyatçı cəmiyyətə SƏSLƏNDİ: “Bu, Allahın işinə müdaxilədir, üsyandır” KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda dünya əhalisinin 20 %-i sonsuzluqdan əziyyət çəkir. Ölkəmizdə sonsuzluqdan əziyyət çəkən bəzi ailələr süni mayalanma vasitəsilə uşaq sahibi olsalar da, surroqat ana mövzusunda tərəddüd edirlər. Cəmiyyətdə bu seçim birmənalı qarşılanmır.

Mövzuya dini cəhətdən yanaşan ilahiyyatçı Tural İrfan KONKRET.az-a açıqlamasında bildirir ki, surroqat ana, yəni “daşıyıcı ana” rolunda kimisə təmənna qarşılığında istismar etmək yolverilməzdir. Məlumdur ki, bu, süni şəkildə həyata keçirilir və qanuni deyil.

“Dini cəhətdən uşağı kim dünyaya gətirsə, anası da odur. Bir də var süd anası, o, başqa mövzudur. Kişidən və qanından toxum götürüb onu başqa bir qadının bətnində yetişdirmək əvvəla dini cəhətdən qəbuledilməzdir. Əgər Allah kiməsə övlad vermirsə, yaxud bir qədər gec verirsə, bunun üçün şeytani yollar axtarmaq lazım deyil. “Daşıyıcı ana” yolu ilə uşaq dünyaya gətirmək Allahın işinə müdaxilədir. O uşağı bətnində daşıyacaq ana mütləqdir ki, nəyinsə qarşılığında bunu edəcək. Bu isə istismar və geni qarışdırmaqdır. Belə halda uşağın iki anası olur ki, bu da hüquqi cəhətdən əlavə bir ziddiyyət yaradacaq.“İlahiyyatçı qeyd edir ki, bu yolla dünyaya gələn uşaq şəriət baxımından onu dünyaya gətirən anaya və toxum verən ataya məxsusdur və qeyri- qanunidir:

“Bu, bir növ zina kimi bir şeydir. Belə halları qətiyyən dəb salmaq olmaz. Yoxsa bədən quruluşunu qorumaq istəyən qadınlar pulla kirayə başqa qadını tutub onun bətnindən uşaq sahibi olmaq istəyəcəklər. Ruh insana 3 yaxud 4 aylığında verilir. İnsanın dini baxımdan şəxsiyyəti, fitrəti o andan formalaşır. Kimin bətnində daşınırsa, uşaq onundur. Ancaq bu, dində qəbul olunan iş deyil. Həzrət İsanın anası Həzrət Məryəmdir. Atası isə yoxdur. Yəni, Allah Müqəddəs ruhu göndərib və o da mayalandırıb və ruh üfürüb. İndi İsanın atası Allah təala, anası da həmin mələk sayılır? Xeyr! Qarnında kim daşıyıbsa, valideyn də odur. Quranda “Məryəm oğlu İsa” deyilir, “mələk oğlu İsa” yox. Allahın insana övlad verməməsinin də öz səbəbi və hikməti var. “Süni ana” yolu ilə uşaq meydana gətirmək Allaha üsyandır. Yəni, “sən vermədin, mən özüm həll etdim” deməkdir. Əminəm ki, o yolla dünyaya gələn insan həm fiziki-psixoloji, həm də sosial cəhətdən normal ola bilməz. Mütləq bir fəsadı çıxacaq. İnsan alveri kimi bir şeydir. Sanki ana sifarişlə uşaq dünyaya gətirib və sonra da onu başqasına satıb. Ümumiyyətlə, bunun fəsadlarını saymaqla bitməz.”

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://konkret.az
archiveBu xəbər 28 Mart 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri