Icma.az
close
up
RU
İlahiyyatçı: İmam Hüseyni dua etməklə yad etməliyik, xurafat və cəhalət nümunələri ilə deyil

İlahiyyatçı: İmam Hüseyni dua etməklə yad etməliyik, xurafat və cəhalət nümunələri ilə deyil

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quranda insanın özünə ziyan, zərər, xətər vurması haram sayılır


Tural İrfan: Məhərrəm ayı matəm ayı deyil


"Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir".

Teleqraf xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Məhərrəm ayı ilə bağlı verdiyi fətvasında bildirilib.

"Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir.

Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər", -fətva yer alır.

Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, Qafqaz Müsəlmanları İdarəsi son dövrlərdə yavaş-yavaş Allahın yoluna gəlir:


“Çünki indiyə qədər yalnız İran mollalarının ağzını güdürdülər ki, görək Qumdan hansı fətva gəlir, biz də onu təkrar edək. Ancaq indi milliləşməyə meyllər hiss olunur, artıq tədbirlərdə himn də oxunur, şəhidlər də yad edilir. Məhərrəm ayındakı farsların vaxtilə elan etdiyi matəm proqramının İslama dəxli yoxdur. İslam dinində matəm ayı, matəm günü yoxdur. Əgər olsa idi əvvəlcə bu dinin qurucusu olan Həzrət Muhəmməd üçün qeyd edilərdi. Sinə vurmaq, zəncir döymək, mərsiyə oxumaq, yallı getmək, ələm gəzdirmək, nəzir yığmaq, camaatı süni şəkildə ağlatmaq üçün uydurma rəvayətlər danışmaq İslamı xarab edən amillərdir. Cəmiyyətimiz üçün də çox zərərlidir. Quranda insanın özünə ziyan, zərər, xətər vurması haram sayılır. Əmr edilir ki, özünüzü bilərik təhlükəyə atmayın. Həmçinin Peyğəmbərin qoymadığı bir qaydanı, yeniliyi, İslama calamaq da haram sayılır”. 


Ekspertinə sözlərinə görə Peyğəmbər nə matəm keçirib, nə  sinə vurub, nə də mərsiyə deyib: 

“Əksinə ölünün arxasınca ağlamağı, mərsiyə oxumağı qadağan edib. Məhərrəm ayı matəm ayı deyil. Şəhidlər ölmür, əbədi Cənnətə gedir. İmam Hüseyn üçün ağlayaq ki, niyə cənnətə gedib? Absurddur. Farslar və Kufə Əhli İmam Hüseyni çağırıb öldürəndən sonra peşman olub mərsiyə oxuyub başlarına döydülər. Bu adət oradan yaranıb. Bizim xalqımız arasından İmam Hüseynin qətlində iştirak edən olmayıb. Ona görə bu cinayətdə Azərbaycan xalqının əli yoxdur. Əksinə İmam Hüseyn tərəfdən Müslim adlı azərbaycanlı iştirak edərək şəhid olub. Bu baxımdan İmam Hüseyni çağırıb güdaza verən İraq və indiki İran əhli öz peşmançılıq hisslərini yaşayırlar. Bizim xalqın İmam Hüseynin şəhadətində əli yoxdur. Ona görə başına da vurmamalıdır. Etmədiyi cinayətin tarixi məsuliyyətini boynuna götürməməlidir. Bəzi adamlar elə hesab edir ki, sanki Məhərrəm ayında keçirilən proqramların, İmam Hüseynə bir faydası var. Heç bir faydası yoxdur, əksinə zərəri var. Çünki xurafat və mövhumatı yaşadırlar. İmam Hüseyni cəsur, qəhrəman, ədəbi yaşayan şəhid kimi yox, ölüb məhv olmuş aciz, körpəsini su ilə təmin edə bilməyən gücsüz adam kimi təqdim edirlər ki, camaatı ağladıb pul yığsınlar. İmam Hüseyn böyük qəhrəmanlıq nümunəsidir və o məğlub olmayıb. Qalib gəlib və əbədi yaşayır. Əbədi yaşayan adam üçün də yas tutmaq məntiqlə də dinimizə görə də doğru deyil. Onu normal şəkildə, xütbə və moizələrlə, söhbətlərlə, Quran oxumaq, dua etməklə yad etməliyik. Xurafat və cəhalət nümunələri ilə deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://sherg.az
archiveBu xəbər 23 İyun 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri