Icma.az
close
up
RU
İlahiyyatçı: Qəbir yerinin satılması İslama ziddir və sosial ədalətsizlikdir

İlahiyyatçı: Qəbir yerinin satılması İslama ziddir və sosial ədalətsizlikdir

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"İslam dinində qəbir yerinin satılması anlayışı yoxdur. İslamın təşəkkül tapdığı ilk dövrlərdən müsəlmanlar dünyasını dəyişdikdə ayrıca ərazilərdə dəfn olunurdular. Qəbir yerlərinin satılması sonradan meydana çıxdı. 
İslam dinində qəbir, torpaq, sadəcə dünya malı deyil, insana ölümündən sonra sığınacaq olan bir əmanətdir".

Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib. 
O bildirib ki, Peyğəmbərimiz Məhəmməd (s) və səhabələri dövründə qəbirlər xüsusi ayrılmış qəbiristanlıq yerlərində, heç bir maddi maraq güdülmədən dəfn olunurdu:
"Heç bir rəvayətdə, heç bir fiqh mənbəsində qəbir yerinin satılmasından bəhs edilmir. Əksinə, bu məsələ sadəlik və möminlərə yardım prinsipi üzərində qurulub.Quranda buyurulur: "Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur..." (Nisa, 131). Torpağın sahibi insan yox, Allahdır. İnsan ona sadəcə müvəqqəti istifadə haqqına malikdir. Dolayısı ilə, kimsənin ölüsünü dəfn etmək üçün torpaq üzərində sərvət toplamaq, bu torpağı baha qiymətə satmaq – xüsusilə də zəruri ehtiyac olan qəbir yeri kimi – ciddi bir haqsızlıq və İslamın əsas prinsiplərinə ziddir.
Peyğəmbər (s) buyurur: “Qəbrlərinizi yüksək və bəzəkli etməyin, sadə edin.” (Muslim, Cənazə, 96). Bu, həm qəbrin tikili formasına, həm də onun üzərində qurulan hər növ təmtərağa aiddir. Bir qəbir yerini 100.000 manata satmaq həm israfa girər, həm də bu imkanı olmayan insanları çətin vəziyyətdə qoyar. Halbuki İslamda məqsəd bərabərlikdir – dirilər arasında olduğu kimi ölülər arasında da.
Allah Rəsulu Mədinədəki “Cənnətül-Bəqi” qəbiristanlığında sadə şəkildə dəfn edildi. Nə bir özəl torpaq alındı, nə də baha bir yer seçildi. Səhabələrdən heç biri üçün də pulla qəbir yeri alınmayıb. İslam tarixində belə bir nümunə yoxdur.
Qəbir yeri üzərindən bu qədər sərvət əldə etmək, kasıb insanların dəfn hüququnu belə əllərindən almaq sosial ədalətə, “möminlər bir-birinin qardaşıdır” prinsipi ilə ziddiyyət təşkil edir. İslam cəmiyyətində möminin ən azı dəfn olunmağa haqqı var. Bu haqq pulla alınmalı deyil. Bu həm insanlıq, həm də din baxımından qəbuledilməzdir.
Keçmişdə müsəlmanlar qəbiristanlıqları vəqf kimi təşkil edirdilər. Qəbir yerləri pulsuz verilir, xidmətlər cəmiyyət tərəfindən görülürdü. İslamda vəqf anlayışı, xüsusilə də kasıblara yardım üçün qoyulmuşdu. Yəni kimsə qəbir yeri tapa bilməsin deyə yox, rahat dəfn olunsun deyə bu sistem qurulurdu. 100.000 manata qəbir satmaq bu vəqf ruhuna da ziddir.
İslam dinində qəbir yerinin bu qədər baha qiymətə satılması doğru deyil, şəri baxımdan yolverilməzdir və ciddi sosial ədalətsizlikdir. Bu cür hallar İslamın sadəlik, bərabərlik, mərhəmət və ədalət prinsiplərinə uyğun gəlmir. Dövlət və bələdiyyələr bu məsələni nəzarətdə saxlamalı, xalq üçün pulsuz və ya minimum ödənişlə qəbir yerləri təmin etməlidirlər. İslamın ruhu budur".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri